• $
  • €
  • ₽
  • ₺
  • £

Özü “07” sürür, evə “CİP”in cəriməsi gəldi - FOTOLAR

Özü “07” sürür, evə “CİP”in cəriməsi gəldi - FOTOLAR
28.01.2019 13:58
Naxçıvan sakini ona səhvən Bakıdan cərimə protokolu göndərildiyini iddia edib.
 
Anews.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, Mirağa Seyidli 99 NE 085 nömrəli "VAZ 2107” markalı avtomobil idarə edir.

M.Seyidli Bakıda işləyib yaşasa da, Naxçıvanın Ordubad şəhərində qeydiyyatdadır. Yanvarın 12-də onun yaşadığı ünvana poçt vasitəsilə cərimə protokolu göndərilib. Lakin məktub açılanda içində "CİP" çıxıb. 

M.Seyidliyə 10 RR 330 nömrəli "Jeep Wrangler” markalı avtomobilin Biləcəri qəsəbəsində radara düşdüyü qeyd olunan protokol göndərilib və orada maşının əsl sahibinin yox, onun ad-soyadı və ev ünvanı qeyd olunub. 

Mirağa Seyidli əlavə edib ki, həmin maşını və sahibini tanımır, ona etibarnamə də verilməyib. Həmin gün öz maşını ilə Biləcəriyə də getməyib. Maşının sahibini tapmaq üçün bir neçə dəfə cəhd etsə də, alınmayıb.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polkovnik Rüfət Quliyev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu faktla bağlı araşdırma aparılıb: "Yol polisinin Mərkəzi İnformasiya Sisteminə əsasən "Jeep Wrangler” markalı 10 RR 330 nömrəli avtomobil inzibati məsuliyyətə cəlb olunub və maşının sahibi özü cəriməni artıq ödəyib. Məktubun digər şəxsə göndərilməsi texniki xətadır. Bu cərimə vətəndaş Mirağa Seyidlinin üzərində deyil”.
 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol