• $
  • €
  • ₽
  • ₺
  • £

İş axtaranlara şad xəbər: 300 nəfər axtarılır

İş axtaranlara şad xəbər: 300 nəfər axtarılır
28.01.2019 14:09
Azərbaycanda sosial siyasətin əsas istiqamətlərindən biri də işsizliyin aradan qaldırılması, məşğulluğun təmini və bu istiqamətdə layihələrin daha da genişləndirilməsidir.

Dövlət siyasətinin əsas prioriteti hesab olunan işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2016-2018-ci illər ərzində 3 min nəfərə yaxın vətəndaş daimi iş yeri ilə təmin olunub.

Bu barədə Anews.az-a agentlikdən məlumat verilib.

Azərbaycan Respublikasının dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində 2018-ci ildə 615 nəfər vətəndaş daimi iş yeri ilə təmin olunub, 470 nəfər isə müqavilə əsasında yol tikintisi işlərinə cəlb edilib.

Cari ildə də daxili investisiya hesabına həyata keçirilən və keçiriləcək yeni yol infrastrukturu layihələrində çalışmaq üçün müqavilə ilə daha 300 nəfərə yaxın vətəndaşın işlə təmin olunması nəzərdə tutulur.

Yeni yol infrastrukturu layihələri aşağıdakılardır:

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu;

Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsi;

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax-Qırmızı körpü hissəsi;

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Astara-İran sərhədi hissəsi;

Ucar-Zərdab-Ağcabədi avtomobil yolu;

Bəhramtəpə-Biləsuvar avtomobil yolu.

Sözügedən avtomobil yollarında həyata keçiriləcək yenidənqurma və tikinti işlərinə cəlb olunması üçün yolların keçdiyi rayonlar üzrə Məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyatda olan yol fəhlələri və yol tikintisi sahəsi üzrə, yola aid xüsusi texnikaların, maşın-mexanizmlərin idarə edilməsində təcrübəsi olan vətəndaşlar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin həmin rayon və şəhərlərdə yerləşən Yol İstismarı Məhdud Məsuliyyətli Cəmiyyətlərinə müraciət edə bilərlər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol