• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün kreslo sizdədir, sabah isə..." - Aclıqdan ölən məhbusun oğlu

Bu gün kreslo sizdədir, sabah isə..." - Aclıqdan ölən məhbusun oğlu
28.01.2019 15:07
Xəbər verdiyimiz ki, "Ermənistan qartalları - Vahid Ermənistan" partiyasının sədr müavini, "Haynews.am" saytının məsul şəxsi Mqer Yeqiazaryan saxlanıldığı "Nubaraşen" həbsxanasında keçirdiyi 44 günlük aclıq aksiyası nəticəsində ölüb.

Anews.az azvision.az-a istinadən xəbər verir ki, bununla bağlı "The Washington Post" qəzeti "Erməni siyasi xadim aclıq aksiyasından sonra öldü" başlıqlı məqalə dərc edib.

"Ermənistanın kiçik siyasi partiyasının lideri təxminən 2 aya yaxın davam edən aclıq aksiyasından sonra həbsxanada ölüb".

Qeyd olunub ki, səhər saat 06:15 radələrində 51 yaşlı Yeqiazaryanın vəziyyəti pisləşib. Təcili tibbi yardım əməkdaşlarının müdaxiləsinə baxmayaraq, 20 dəqiqədən sonra erməni siyasətçi dünyasını dəyişib. Ermənistan Ədliyyə nazirliyinin penitensiar xidməti onun ölümünü təsdiqləyib. Yeqiazaryanın ölüm faktı ilə əlaqədar ekspertiza təyin edilib, istintaq aparılır.

Ötən ilin dekabrında həbs olunan Mqer Yeqiazaryan 2014-2018-ci illərdə fırıldaqçılıq yolu həbçiləri işlə təmin etmək, yaxud xidməti vəzifəsini yüksəltmək adı ilə külli miqdarda - 4 milyon 775 min dram vəsait mənimsəməkdə ittiham olunurdu. Lakin Yeqiazaryan ittihamları rədd edərək, həbsə atılmasını siyasi səbəblərlə əlaqələndirirdi.

Siyasi məhbusun ölümündən sonra oğlu Vazqen Yeqiazaryan Ermənistanın baş naziri və parlamentin bir qrup deputatına açıq məktub ünvanlayaraq, onları atasının ölümünə bais olmaqda günahlandırıb. Vazqen, Paşinyanın Mqer Yeqiazaryanı siyasi səbəblərlə həbsə atdırdığını deyib:

"Nikol Paşinyan, sizin bu cinayət işinə müdaxilənizin səviyyəsini biz, yəqin ki, sonadək tam bilməyəcəyik. Amma siz "nə olursa-olsun, bu adamı həbsə atmaq lazımdır" prinsipi ilə çıxış edərək davranmısınızsa, onda diləyirəm ki, mənlə qardaşımın və anamın çəkdiyi bütün əzablar sizin həyat yoldaşınız və oğlunuzun da başına gəlsin və onlar da eyni təcrübəni yaşasınlar. Unutmayın ki, icraçılar şəxsən sizə yox, sizin vəzifənizə, kreslonuza tabedirlər. Bu kreslo isə bu gün sizdədir, sabah isə..."


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol