• $
  • €
  • ₽
  • ₺
  • £

AzTV-nin sabiq sədrinin Ukraynadakı biznes imperiyası – FOTO

AzTV-nin sabiq sədrinin Ukraynadakı biznes imperiyası – FOTO
28.01.2019 16:00

Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri Arif Alışanovun Ukraynada restoran və ticarət obyektlərinin olması barədə xəbərlər əldə etmişik. 

 

AzEuroNews.com -a Ukraynadakı özəl mənbələrdən verilən məlumata görə, Ukraynanın Dnepropetrovsk bölgəsində "Bakinskiy Dvorik” adlı restoran və "Şəkər-bura” adlı çay evi fəaliyyət göstərir. 

Redaksiyamıza həmin restoranın fotosu da göndərilib. Göndərilən məlumatda qeyd olunur ki, sözügedən restoran və çay evinin əsl sahibi Arif Alışanovdur. Hazırda həmin restoranlara AzTV-nin Ukrayna və Şərqi Avropa ölkələri üzrə keçmiş müxbiri Möhsün Qədiroğlu nəzarət edir.

 

 

"Möhsün Qədiroğlu özü də bizə dəfələrlə deyib ki, bu restoran Arif Alışanova məxsusdur. Restorana daha çox azərbaycanlılar və Azərbaycandan Ukraynaya gedən qonaqlar dəvət olunur”– deyə məlumatı verən mənbə qeyd edib.

Məlumatı verən şəxs deyir ki, keçmiş AzTV sədrinin Ukraynadakı obyekti təkcə bunlar deyil. Onun Kiyev, Xarkov və digər əyalətlərdə də restoranları, ticarət obyektəri var. A.Alışanov həmin obyektlərə də nəzarəti M.Qədiroğluna tapşırıb.

Xatırladaq ki, Arif Alışanov 28 mart 2005-ci ildə dövlət başçısının sərəncamı ilə "Azərbaycan Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, 16 avqust 2006-cı ildə isə sədr vəzifələrinə təyin olunub. Ölkə başçısının 15 yanvar 2019-cu il tarixli sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri vəzifəsindən azad olunub.

Hazırda onun səlahiyyətlərini sədr müavini Rövşən Məmmədov icra edir. R.Məmmədov bu vəzifəni icra edəndən AzTv-də köklü kadr dəyişikliyi edib.

Televiziyanın xaricdəki bir çox bürosunu bağlayıb. Onların arasında Möhsün Qədiroğlunun rəhbərlik etdiyi Ukrayna və Şərqi Avropa bürosu da var.

R.Məmmədovun bu yaxınlarda prezidentin sərəncam ilə AzTV-yə rəhbər gətirilməsi də yayılan xəbərlər arasındadır.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol