• $
  • €
  • ₽
  • ₺
  • £

Üç gün sonra əsgər gedəcəkdi, ürəyindən bıçaqlandı - Dəhşətli qətlin təfərrüatları

Üç gün sonra əsgər gedəcəkdi, ürəyindən bıçaqlandı - Dəhşətli qətlin təfərrüatları
28.01.2019 17:54
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ərəstun Ərəbovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Ölkə.Az" xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində mərhum Qafar Hüseynovun anası Təranə Fətəliyeva ifadə verib. O, bildirib ki, axşam saatlarında oğlunun qətlə yetirildiyini öyrənib.

Daha sonra digər şahid Arzu Xəlilova dindirilib. O, qeyd edib ki, hadisənin baş verdiyi sexin yanındakı mağazada çalışır.
Şahid deyib ki, hadisəni telefonla çəkib:

 "Mərhum çox ağıllı oğlan idi. Tez-tez mağazaya gələrdi. Qafar ölməmişdən iki saat əvvəl də mağazaya gəlmişdi. O, sevgilisi ilə görüşə gedəcəyini və ona hədiyyə aldığını söylədi. Hadisə zamanı Ərəstun çölə qaçdı, üstü-başı qan idi. Mən də telefonumla çəkməyə başladım”.

Metal qəbulu sexinin işçisi Tərlan Talıbov isə ifadəsində söyləyib ki, həmin gün sexə o nəzarət edib:
 "Sexin rəhbəri Sübhan oranı mənə tapşırmışdı. Hadisə zamanı onlar mübahisə edirdilər, mən də ayırdım. Daha sonra Ərəstun Qafarın anasına söydü. Bu zaman Qafar əlində dəmir parçası ilə onun üstünə getdi. Ərəstunun da əlində bıçaq var idi. Bir də gördüm ki, Qafar yerə yıxıldı. Bıçaq onun ürəyinə batmışdı. Qandan qorxduğum üçün yaxın gedə bilmədim”.
Metal qəbulu sexinin rəhbəri Sübhan Niftəliyev də dindirilib. O, qeyd edib ki, hadisə günü işdə olmayıb:

 "Rayona gedirdim. Tərlan zəng edib, Ərəstunun Qafarı öldürdüyünü bildirdi. Ora gəldim və Qafarın atasının nömrəsini tapdım. Eşitdim ki, Ərəstun Qafara söyüş söyüb”.

 Məhkəmədə elan olunub ki, hadisəyə Ə.Ərəbovun sexə dəmir gətirməsi, mərhum Q.Hüseynovun isə metalı 15 qəpikdən götürməsi səbəb olub:
 "Ərəstun deyib ki, həmişə Sübhana dəmiri 20 qəpikdən verib. Bundan sonra hər iki şəxs arasında mübahisə yaranıb. Nəticədə, Ərəstun onu qətlə yetirib”. Təqsirləndirilən Ə.Ərəbov Q.Hüseynovun onu əvvəl təhqir etdiyini və sonra dəmirlə vurduğunu deyib. 

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Nəsimi rayonu 3-cü mikrorayon qəsəbəsində baş verib. Ə.Ərəbov və iş yoldaşı, Bərdə rayonunda məskunlaşan Laçın rayonundan olan məcburi köçkün, 1997-ci il təvəllüdlü Hüseynov Qafar Adıgözəl oğlu arasında mübahisə düşüb. Nəticədə, o, iş yoldaşı Q.Hüseynovu vuraraq qətlə yetirib. Ə.Ərəbovun dediyinə görə, mərhumu söyüş söydüyü üçün vurub. Q.Hüseynovun yaxınları isə Ə.Ərəbovun içkili olduğunu, heç bir səbəb olmadan onu öldürdüyünü bildirirlər. Yaxınları söyləyib ki, qətlə yetirilən Q.Hüseynov üç gün sonra hərbi xidmətə yollanacaqmış. Ə.Ərəbov daha əvvəl də adam bıçaqladığı üçün məhkumluq həyatı yaşayıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol