• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir hamilə xanıma yardım etdi

Nazir hamilə xanıma yardım etdi
13.10.2014 20:00
Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Səhiyyə Nazirliyi Mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, nazirin diqqət və nəzarətdə saxladığı bu sahəyə yönəlmiş daim bir sıra işlər görülür, müxtəlif layihələr həyata keçirilir. Belə addımlardan biri də Səhiyyə naziri Oqtay Şirəliyevin iyun ayının 20-də Balakən rayonunda keçirdiyi qəbul zamanı olub. Belə ki, müraciət etmiş 5 aylıq hamilə, Qax rayon sakini Məmmədova Ülviyyə Çingiz qızı, bu günlərdə həkimlərimizin səyləri sayəsində yenidən dünyaya qayıdıb. Balakən rayonunda keçirilən qəbul zamanı nazirə müraciət etmiş xanım İran İslam Respublikasından olduğunu, orada anadangəlmə kəskin ürək qüsurundan əziyyət çəkən Ülviyyə xanıma, hamiləliyin ilk aylarından sonuna kimi xəstəxanada qalmağı məsləhət görüblər. Təklifin maddi imkanları xaricində olması, həbelə psixoloji cəhətdən xarici ölkədə belə bir riskli doğuşun icra olunması təhlükəsi ilə üzləşən gənc ailənin son ümid yeri səhiyyə nazirinin qəbuluna gəlmək olub. Müraciətdən dərhal sonra nazirin xüsusi tapşırığına əsasən Ü.Məmmədova Respublika Perinatal Mərkəzinə yerləşdirilib. Hamiləliyinin son üç ayını Perinatal Mərkəzin və Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin kardioloqlarının ciddi nəzarəti altında saxlanılıb və oktyabrın 1-də qeysəriyyə əməliyyatına alınıb. Əməliyyat Respublika Perinatal Mərkəzin baş həkimi S. Məmmədova və Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin baş həkimi Y.Əliyevin başçılığı altında icra olunub. Əməliyyat uğurla sona yetirilib, hazırda xanım və yeni doğulmuş körpə tam sağlamdır.Nazirliyin açıqlamasında bildirilir ki, Səhiyyə Nazirliyi Ülviyə xanım kimi, yüzlərlə ana olmaq arzusunda olan xanımlara yardım etməyə hazırdır. Lakin onlardan da tələb olunan məqamlarda var ki, bu da onların vaxtında həkimə müraciət etmələri, daim həkim nəzarəti altında olmalarıdır.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol