• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir pensiyalardan danışdı - Ciddi artım olacaq

Nazir pensiyalardan danışdı - Ciddi artım olacaq
29.01.2019 11:30
"Bu günə qədər 1300 nəfərin pensiya təyinatı tam elektronlaşdırılıb. Cari il iyul ayının 1-dək kişilər üçün pensiya yaşı 64, xanımlar üçün 61-dir. Pensiya yaşı tamam olan kimi vətəndaşa elektron məlumat göndərilir və nə qədər pensiya alacağı barədə məlumat verilir. Burada vətəndaşın müraciətinə ehtiyac qalmır. Qarşıdakı dövrdə sayın artacağını gözləyirik. Bu il pensiya yaşına çatan insanların 70 faizi məhz bu şəkildə pensiya alacaq".

Anews.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir qeyd edib ki, pensiyaların indeksasiyası ilə bağlı bəzi şəxslər mətbuatda düzgün informasiya vermədilərr: 

"İndeksasiya orta aylıq əmək haqqının artımına uyğuna aparılır, inflyasiyaya uyğun aparılmır. Bizim ehtimalımız 5,7 faizdir. Dövlət Statistika Komitəsinin məlumatını gözləyirik. Bundan sonra müvafiq təklif hazırlayarıq. Fevral ayında vətəndaşlar həm yanvar, həm də fevral ayının artımını alacaqlar". S,Babayevin sözlərinə görə, pensiya sistemində sosial ədalət prinsipinin gücləndirilməsinə dair araşdırmalar davam edir: "Təkliflər hazırlanır. Bunların sırasında minumum pensiyanın ehtiyac meyarına qədər qaldırılması məsələsi var. 100 minə yaxın vətəndaşın pensiyasında ciddi artım baş verəcək. Ölkə üzrə orta pensiyanın həcminin orta aylıq əmək haqqının 60-70-80 faizə yaxınlaşdırılmasına dair uzunmüddətli proqramlar hazırlanır". 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol