• $
  • €
  • ₽
  • ₺
  • £

Ev işləri qadın sağlamlığını məhv edir - Evdarlar risk altındadır

Ev işləri qadın sağlamlığını məhv edir - Evdarlar risk altındadır
29.01.2019 21:30
Ailəli qadınların çoxu uşaqların, həyat yoldaşının, evin qayğısını öz üzərlərinə götürürlər.

Amerikalı psixoloqları Suniya Lutar və Lusiya Sisiolla anaların bitməyən ev işlərini "gözəgörünməz əmək" adlandırıblar.

Anews.az medicina.az-a istinadən bildirir ki, müasir dövrdə kişilərin də məişət işlərində qadınlara kömək etməsinə baxmayaraq yenə də evi qadınlar idarə edirlər. 

"Qadınlar paltarları əllə yumasalar da onlar yuyucu tozun bitib-bitmədiyini, çirkli paltarların yuyulmasını, döşək ağlarının təmiz olmasını və s kimi işləri nəzarətdə saxlayırlar. Hətta fiziki işlər ailə içində kişi və qadın arasında bölüşdürülsə belə əsas yük qadının çiyinləri üzərindədir. Bu isə qadınların psixikasına pis təsir edir." - deyə  psixoloqlar bildirib. 

Alimlər uşağı olan 18 yaşa qədər 400 amerikalı qadın arasında sorğu keçiriblər. Sorğuda iştrak edən bütün qadınlar ya vətəndaş nigahında, ya da rəsmi nigahda olublar. Onların bir çoxu yalnız orta təhsil alıblar. Araşdırmaçılar iştirakçıların nə dərəcədə ailəni idarə etməsi, uşaqların qayğısına qalması və maliyyə məsələlərini həll etməsi ilə maraqlanıblar. 

Bununla yanaşı alimlər bu amillərin qadın və kişilərin bir-birləri ilə münasibətlərinə nə cür təsir göstərdiyini də analiz ediblər.
 
Sorğu nəticəsində Lutar və Sisiolla "gözə görünməz əmək"in qadının psixi vəziyyətinə təsir edərək onun hisslərini yüklədiyini üzə çıxarıblar. 

Qadınlar bundan çox yorulduqlarını və güclərinin qalmadıqlarını bildiriblər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol