• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda həbs edilən “İŞİD” üzvü: “Ayda 150 dollar alırdıq”

Azərbaycanda həbs edilən “İŞİD” üzvü: “Ayda 150 dollar alırdıq”
13.10.2014 15:48

İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) müvəqqəti saxlanma yerində və istintaq təcridxanasında monitorinq keçirib. E. Behbudov APA-ya açıqlamasında orada saxlanılan Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun vəziyyəti ilə maraqlandığını deyib: “Hacı Məmmədovun səhhətində heç bir problem yoxdur. Bir müddət əvvəl bəzi qəzetlər onun intihara cəhd etməsi barədə məlumat yaydılar. Bu xəbərin heç bir əsası yoxdur. Hacı Məmmədov şəkər və təzyiqdən əziyyət çəkir. Milli Təhlükəsizlik Nazirliyinin müalicə müəssisəsi olmadığından Ədliyyə Nazirliyinin müalicə müəssisinə göndərilərək müayinədən keçirilib və yenidən Milli Təhlükəsizlik Nazirliyinə qaytarılıb. Hər hansı şikayəti yoxdur”.

 

E. Behbudov orada saxlanılan başqa 3 nəfərlə görüşdüklərini də bildirib: “Cəfərova Nərgiz Zeynal qızı ilə görüşdük. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs edilib. Hər hansı şikayəti yoxdur və özünü təqsirli bilir. Daha sonra 1990-cı il təvəllüdlü Qurbanlı Elşən Əbülfət oğlu ilə görüşdük. Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə yaratma) maddəsinə əsasən ittiham edilir. Sentyabr ayında Bakıda, hava limanında həbs olunub. May-sentyabr aylarında Suriyada “İŞİD” qüvvələrinin tərkibində döyüşlərdə iştirak edib. Bildirir ki, pula görə oraya gedib və peşmandır. Orada saxlanılan Mustafayev Elxan İsa oğlu ilə də görüşdük. Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə yaratma) maddəsinə əsasən ittiham edilir. Azərbaycana keçərkən Qazaxda həbs edilib. Bir ilə yaxın Suriyada döyüşlərdə iştirak edib, “İŞİD”in üzvü olub. Əməlindən peşman olduğunu bildirdi. Qeyd etdi ki, orada bir ayına 150 dollar pul veriblər və işi maşınla yemək daşımaqdan ibarət olub. Saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti olmadı”. 

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol