• $
  • €
  • ₽
  • ₺
  • £

DİM 100-dən çox müəllimi bazasından xaric etdi

DİM 100-dən çox müəllimi bazasından xaric etdi
30.01.2019 16:15
Dövlət İmtahan Mərkəzinin yeni və təcrübəsi az olan müəllimlər üçün seminar-məşğələləri yekunlaşıb.

DİM-dən Anews.az-a verilən məlumata görə, bütün respublika ərazisini əhatə edən təlimlərə 3715 nəzarətçi‑müəllim dəvət olunub. Nəzarətçilərdən 119 nəfər seminarlarda iştirak edə bilməyib. Üzrsüz səbəblərdən məşğələlərdə iştirak edə bilməyənlər nəzarətçilərin bazasından xaric ediliblər.

Qeyd edək ki, təlimlərdə nəzarətçi-müəllimlər cari ildə keçiriləcək yeni növ test imtahanlarının texnologiyaları, imtahan materialları və qaydalar barədə ətraflı məlumatlandırılıb və onlara imtahanda idarəetmə ilə bağlı yeni metod və üsullar izah edilib.

Treninqlərdə iştirak edən müəllimlər DİM tərəfindən keçiriləcək sınaq imtahanlarına nəzarətçi kimi cəlb olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər digər imtahanlara cəlb olunacaqlar.

Xatırladaq ki, "Nəzarətçilərin elektron qeydiyyatı” sistemində, ümumilikdə 14927 nəzarətçi-müəllim haqqında məlumat var. Elektron bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər müəllimlər üçün də bu il keçiriləcək imtahanlara təyinat aldıqdan bir neçə gün əvvəl seminar məşğələlər keçiriləcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol