• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycanda Amerika Məktəbi”nin rəhbəri həbs olundu - Xaricdə təhsil fırıldağı

“Azərbaycanda Amerika Məktəbi”nin rəhbəri həbs olundu - Xaricdə təhsil fırıldağı
30.01.2019 17:17
"Azərbaycanda Amerika Məktəbi” ("American School in Azerbaijan -ASIA”) Tədris Mərkəzinin rəhbəri Elvin Məmmədzadə dələduzluq ittihamı ilə Baş Prokurorluq yanında Baş Korrupsiya İdarəsi tərəfindən saxlanılıb. 

Anews.az-ın BakuPost-a istinadən verdiyi məlumatına görə, ABŞ səfirliyinin yaxınlığında, Azadlıq prospektində yerləşən "Azərbaycanda Amerika Məktəbi” Tədris Mərkəzinin rəhbəri E. Məmmədzadə son 2 il ərzində ABŞ-da xarici dil kurslarına göndərmək vədi ilə onlarla insanı aldatmaqda ittiham olunur. 

Bildirilir ki, ABŞ-dakı xarici dil kurslarında oxumaq istəyən şəxslərin hər birindən viza və təhsil haqqı üçün 4 min dollar alıb. Lakin vədini yerinə yetirməyən E. Məmmədzadə müxtəlif bəhanələrlə həmin insanları sakitləşdirib.  Keçən ilin noyabr ayından isə nə tədris mərkəzinin, nə də E. Məmmədzadənin mobil telefonuna açılan zənglərə cavab verilməyib. Bundan sonra aldadılan şəxslərin bir qrupu  Baş Prokurorluq yanında Baş Korrupsiya İdarəsinə müraciət edib və bundan sonra E. Məmmədzadə saxlanılıb. 

Məlumata görə, indiyə qədər E. Məmmədzadə tərəfindən aldadılaraq pullar alındığını bildirən 45 nəfər Baş Prokurorluq yanında Baş Korrupsiya İdarəsinə müraciət edib. Ancaq hüquq-mühafizə orqanları E. Məmmədzadənin qurbanlarının sayının daha çox olduğunu ehtimal edir. 

Cinayət işinin istintaqı davam edir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol