• $
  • €
  • ₽
  • ₺
  • £

Ebola virusu Azərbaycana yaxınlaşır -SOS

Ebola virusu Azərbaycana yaxınlaşır -SOS
13.10.2014 10:21

Adil Qeybulla: “Ölkəmizdə təhsil alan tələbə Ebola yayıldıqdan sonra öz ölkəsinə gedib qayıdıbsa, o, hökmən karantinə alınmalıdır”

ANN.Az Musavat.com-a istinadən verdiyi xəbərə görə, Qərbi Afrikadan başlayıb Avropayadək gedib çıxan Ebola infeksiyası Azərbaycana da çatmaq üzrədir. Səhiyyə nümayəndələri bu ölümcül virusun ölkəmizdə yayılmasının qarşısını almaq üçün tədbirlər görüldüyünü desələr də, Ebolanın Azərbaycanın sərhədlərinə qədər gəlib çatması əhali arasında müəyyən narahatçılıq yaradıb. 

Artıq qonşu Gürcüstanda 13 nəfər Ebola şübhəsi ilə saxlanılıb. Ümumilikdə isə Gürcüstanda qorxunc virusla mübarizə çərçivəsində 60-dan çox adam nəzarətə alınıb. Onlardan bir nəfərin Gürcüstan vətəndaşı olduğu, digərlərinin isə risk qrupuna daxil olan ölkələrdən gəldiyi bildirilir. Ebola virusunun gizli dövrü 21 gün olduğundan həmin şəxslərin də bu müddət ərzində nəzarətdə saxlanılacağı qeyd edilir. 

Həmçinin, ABŞ-ın Nyu-Cersi şəhərində də jurnalistlər məcburi karantinə alınıb. Burada “NBC News”un jurnalistləri Ebolaya yoluxan operatorla təmasda olduğuna görə məcburi karantinə alınıblar. Səhiyyə departamentinin məmurları bildirilib ki, hazırda qrupdakılardan heç kimdə xəstəliyin əlamətləri yoxdur, bədən temperaturları normaldır, virusun yayılmasından narahat olmağa səbəb görünmür. 

Qeyd edək ki, Azərbaycanda kifayət qədər xarici tələbələr təhsil alır. Maraqlıdır, Gürcüstanda olduğu Azərbaycanda da təhsil alan xarici tələbələr müayinədən keçiriləcəkmi?

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə bildirdi ki, əgər hazırda ölkəmizdə olan xarici tələbə bu xəstəlik yayıldıqdan sonra öz ölkəsinə gedib yenidən Azərbaycana gəlibsə, o hökmən karantinə alınmalı və müayinədən keçməlidir: “Ümumiyyətlə, Ebola virusu yayılan dövrdən Azərbaycana daxil olan bütün xarici vətəndaşlar və Afrikaya gedib-gələn Azərbaycan vətəndaşlarının hər biri yoxlanılmalıdır. Bu yoxlamalar transsərhəd zonalarda həyata keçirilməlidir. Hər hansı bir qan nümunələri götürülməli, şübhəli əlamət olduqda həmin şəxslər müəyyən müşahidə üçün xəstəxanalara yerləşdirilməlidir. bunlar vacibdir. Ölkəmizdə əvvəla bunun baş verməməsi üçün bütün profilaktik tədbirlər görülməlidir. Əgər epizodik olaraq bu hallar baş verərsə, dərhal izolyasiya olunmalı və proses yerində lokallaşdırılmalıdır. 

Çünki Ebola virusu ilə bağlı vaksin yalnız eksperiment mərhələsində olan vaksindir. Yəni bunun kütləvi istehsalı və yayımı real deyil. Bilirsiniz ki, artıq 4 mindən çox insan bu virusdan dünyasını dəyişib və xeyli potensial xəstə var. Ölüm hallarının bir neçə dəfə artması gözlənilir. Belə getsə, qorxulu bir epidemiya da yayıla bilər. Ona görə də hesab edirəm ki, diqqətli olmaq lazımdır. Birinci növbədə ölkəyə daxil olan və xaric olan vətəndaşların, yəni miqrasiya durumunda olanların dinamikası izlənilməlidir. Görək onlar hansı ölkəyə gedir, necə olur və sairə. Bu xəstəlik təxminən SPİD kimi keçir. Qan, ağız suyu və digər vasitələrlə də keçə bilir. Bu gün SPİD vaksini yoxdur ki, onu bir dəfəlik aradan qaldırsınlar. Yalnız müalicəvi dərmanlar var. Buna görə də Ebolanın da müalicəsinin olub olmaması ilə bağlı bir söz demək çətindir. Viruslarla bağlı məsələ xeyli çətindir”.

Qeyd edək ki, Ümumdünya səhiyyə təşkilatının son məlumatlarına görə, 10 oktyabradək Ebolaya yoluxanların sayı 8 470 nəfərdir ki, bunlardan 4 076-sı həyatını itirib.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol