• $
  • €
  • ₽
  • ₺
  • £

Yanvar onlar üçün “qara” gəldi – Yola salınan məmurlar...

Yanvar onlar üçün “qara” gəldi – Yola salınan məmurlar...
31.01.2019 18:21
2019-cu ilin ilk ayına – yanvar ayına yekun vururuq. Yola saldığımız bu ay ölkəmizin həyatında bir çox mühüm hadisələrlə yadda qaldı. Dövlət idarəçiliyində bir çox islahatlar aparıldı, onlarla dövlət müəssisəsi ləğv olundu, onlardan bəzilərinin fəaliyyətləri ictimai əsaslarla yenidən təşkil edildi. Bununla uzun müddətdir yüksək dövlət vəzifələrində çalışan məmurlar öz vəzifələrini itirmiş oldular.
AZXEBER.COM həmin məmurlarla bağlı araşdırma aparıb.
Prezident İlham Əliyevin 14 yanvar tarixli sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyi ləğv edildi. Nazirliyin bazasında "Azərsilah” ASC yaradılmasına qərar verildi. Bununla nazir səlahiyyətlərini icra edən Yəhya Musayev öz vəzifəsini itirmiş oldu. Düzdür iddialar var ki, Y.Musayev yeni yaranan ASC-nin rəhbəri təyin olunacaq. Lakin bu rəsmi olaraq öz təsdiqini tapmayıb. 
 

Xatırladaq ki, Müdafiə Sənayesi Nazirliyi öz ətrafında xeyli sayda müəssisəni birləşdirirdi. Nazirlik yarandığı gündən quruma Yavər Camalov rəhbərlik edib. Ötən ilin iyun ayında vəfat edən Y.Camalovu son aylar bu postda müavini Yəhya Musayev əvəz edib. Son təyinata qədər isə Y.Musayev Azərbaycan Dövlət Neft Şirkətinin "Azneft” İstehsalat Birliyində baş direktorun müşaviri vəzifəsində çalışıb.


Prezident İlham Əliyevin 15 yanvar tarixli sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri (AZTV) Arif Alışanov vəzifədən azad edildi. A.Alışanov 13 ildir bu vəzifədə çalışırdı. Onun televiziyaya gəlişi isə ötən əsrin 70-ci illərinin sonuna gedib çıxır.




Uzun müddət AZTV-də rəhbər vəzifələr daşıyan A.Alışanovun sədr təyinatına qədər son iş yeri sədr müavini vəzifəsi olub. Bir müddət ölkə parlamentində təmsil olunan keçmiş sədr 2015-ci ildə namizədliyini irəli sürməyib və mandatı ilə də vidalaşmalı olub.


Prezident İlham Əliyevin 14 yanvar tarixli sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ləğv edildi. Bununla uzun müddətdir bu quruma rəhbərlik edən Akim Bədəlov vəzifəsini itirmiş oldu. 
 




Hazırda onun hər hansı vəzifəyə təyin olunması ilə bağlı rəsmi qərar yoxdur. Yəni bu o deməkdir ki, uzun illərdir yüksək vəzifədə çalışan Bədəlov hazırda işsizdir. Akim Bədəlov 9 ilə yaxındır bu vəzifəni daşıyırdı. Bundan öncə isə "Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzinin Müşahidə şurasının sədri vəzifəsində çalışırdı. 


Prezident İlham Əliyevin 14 yanvar tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ləğv edildi. Bununla da bu quruma rəhbərlik edən Oktay Səmədovvəzifəsini itirdi. 
 

 

O.Səmədov bu qurum yarandığı gündən bu quruma rəhbərlik edib. Buna qədər isə elmi-pedaqoji fəaliyyətlə məşğul olub. Pedaqoji elmləri namizədi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiridir. 


Prezident İlham Əliyevin 14 yanvar tarixli sərəncamı ilə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edildi. Bununla bu qurumun sədri Fərhad Məmmədov vəzifəsini itirmiş oldu.





Fərhad Məmmədov 7 ilə yaxındır bu vəzifədə çalışırdı və bundan öncə Prezidentinin Administrasiyasının Siyasi təhlil və İnformasiya təminatı şöbəsinin aparıcı məsləhətçisi işləyirdi. "İrəli” İctimai Birliyinin təsisçilərindən biri idi.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol