• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin mükafatlandırdığı 22 yaşlı Sara: "Xəbəri eşidəndə yaxşı mənada şok oldum"

Prezidentin mükafatlandırdığı 22 yaşlı Sara: "Xəbəri eşidəndə yaxşı mənada şok oldum"
01.02.2019 14:15
Xəbər verdiyimiz kimi, İlham Əliyev 2 Fevral Gənclər günü münasibətilə gənclərin mükafatlandırılması haqda sərəncam imzalayıb.
 
Prezident tərəfindən mükafatlandırılan gənclərdən olan Sara Rəcəbli təəssüratlarını AZXEBER.COM-la bölüşüb.
 
22 yaşlı Sara Rəcəbli üçün mükafat alması gözlənilməz olub: "Mükafat alacağımı dünən bildim. Əslində bu mənim üçün gözlənilməz oldu. Sözün yaxşı mənasında şok oldum. Mənə elə gəlir ki, 2018-ci il "BUTA Art Sweets" və digər layihələrimə görə təltif olundum. Çünki biz bu layihəmizlə fiziki məhdudiyyətli xanımlara dəstək olaraq, onların əl işlərinin satılmasında onlara kömək etdik. Bununla yanaşı fiziki məhdudiyyəti olan xanımlara tədbir və təlimlər keçərək, cəmiyyətə töhfə vermək istədik. Bunu da bacardiq".
 
Sara bu mükafata görə Prezidentə təşəkkür edib: "Mənə göstərilən bu etimada görə cənab prezidentə təşəkkür edirəm. Bundan sonra da Azərbaycanımız üçün əlimdən gələn hər şeyi edəcəm".
 
Qeyd edək ki, Sara Rəcəbli 1996-ci ildə Sumqayıt şəhərində anadan olub. Azərbaycan Dövlət Menecment və Turizm Universitetinin məzunudur. Bir çox beynəlxalq təqaüdlərin qalibi olaraq 12 ölkədə dövlətimizi təmsil edib. 2017-ci ildən sahibkarlıqla məşğul olmağa başlayıb. 2018-ci il "BUTA Art Sweets" brendini yaradaraq fziki məhdudiyyətli xanımlara dəstək olub. Bu brend Azərbaycanın ilk sosial biznes brendi kimi BMT-də təmsil olunub. Bu layihə haqda BBC VƏ Əl Cəzirə telekanallarında geniş məlumat dərc olunub.
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol