• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda sürücülük hüququ ilə bağlı yeni tələblər

Azərbaycanda sürücülük hüququ ilə bağlı yeni tələblər
01.02.2019 17:01
"Avtomobil Nəqliyyatı haqqında" qanuna dəyişiklik edilib.

Anews.az "qafqazinfo"ya istinadla xəbər verir ki, qanunun 27-ci maddəsinə edilən dəyişikliyə əsasən, sərnişin avtomobil nəqliyyatı vasitələrinin sürücülərinə dair yeni tələblər müəyyən edilib. Dəyişikliyə əsasən, avtobus sərnişin daşımalarını "D" kateqoriyası və "D1" altkateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 23-dən az və 65-dən çox olmayan və "B", "C" kateqoriyalarına və ya "C1" altkateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan), "D1E"altkateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 25-dən az və 65-dən çox olmayan) və "D" kateqoriyasına və ya "D1" altkateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi iki ildən az olmayanlar idarə edə bilər. Qanunda bir sıra yeniliklərin edilməsi nəzərdə tutulur.

Belə ki, sürücülük vəsiqəsində göstərilməli olan məlumatların siyahısı dəqiqləşdirilir və beynəlxalq standarta uyğun sıralanır. Sürücülük vəsiqəsindəki məlumatların ingilis dilində təkrarlanmalı olduğu qeyd edilir. Çünki hazırda qüvvədə olan sürücülük vəsiqələrində latın əlifbasında olmayan hərflərin "ə", "ğ", "ö", "ü" işlənməsi vəsiqələrin xaricdə tanınmasına mane olur. Sürücülük vəsiqələrində yeni altkateqoriyalar müəyyən edilir.

Məsələn, "B1" altkateqoriyası – kvardrisiklləri (dördtəkərli motosikllər) idarə etmək üçün C1, D1, C1E, D1E altkateqoriyaları yaradılır. Sürücülük vəsiqəsində şəxsin fərdi identifikasiya nömrəsinin mütləq qaydada qeyd edilməli olduğu təsbit edilir. Bu nömrənin olmaması inzibati xətalara dair elektron qərarların tərtib edilməsində problemlər yaradır.

Təklif edilən dəyişikliklər "Yol hərəkəti haqqında"qanuna dəyişikliklər edilməsi barədə 2018-ci il 31 may tarixli Qanunun icrası ilə əlaqədardır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol