• $
  • €
  • ₽
  • ₺
  • £

Soyuqda üşümək və xəstələnmək istəmirsinizsə, əməl edin - QAYDALAR

Soyuqda üşümək və xəstələnmək istəmirsinizsə, əməl edin - QAYDALAR
29.05.2020 10:34
Qışda çoxlarını narahat edən problem otağın isti olmasına və qalın geyinməsinə baxmayaraq, yenə də üşüməsidir. Belə şəxslərə adətən "canında soyuqdəymə var, ona görə üşüyürsən" deyirlər. Amma üşümə heç də hər zaman soyuqdəymənin əlaməti sayılmır. Bəzi qaydalara düzgün əməl etsəniz, qışı üşümədən və xəstələnmədən keçirə bilərsiniz.
Anews.az e-tibb.az-a istinadən həmin qaydaları diqqətinizə çatdırır.
Qapalı sahələrdə təhlükə
İctimai nəqliyyat vasitələri, iş yerləri, məktəb və uşaq bağçalarında bir adamda zökəm və ya infeksiya varsa, bunu başqalarına yoluxdurması an məsələsidir. Çünki qapalı sahədə xəstənin öksürməsi və ya asqırması ilə virus çox tez yayılır. İmmuniteti zəif olan və ya hər hansı xroniki xəstəliyi olan insanlar asanlıqla bu virusa yoluxa bilər. Odur ki, xəstələnən şəxs sağalana qədər evdən çıxmamalıdır. Yox əgər, evdən çıxmağa məcburdursa, o zaman mütləq ağız və burnunu maska ​​ilə bağlamalıdır.
Evinizi və ya ofisinizi saunaya çevirməyin
Soyuq havada çöldən içəri girəndə daxil olduğumuz məkanın temperaturu çox yüksək olmamalıdır. Çünki evə və ya ofisə girdikdə bədən qarşılaşdığı isti havaya inteqrasiya oluna bilmir. Ani temperatur dəyişikliyi orqanizmə mənfi təsir göstərər, kapilyarların partlamasına belə, səbəb ola bilər ki. Ona görə də otaqdakı ideal temperatur 18-20 dərəcə sayılır.
Kafeinsiz içkilərə üstünlük verin
İsti çay və ya qəhvənin adamın içini isitdiyini deyirlər, ancaq onların tərkibindəki kofein bədən temperaturunu azaldır. Bu səbəbdən soyuq havada zəncəfilli, darçınlı, mixəkli çaylara üstünlük vermək lazımdır. Bu bitki çayları boğazı rahatladır, immuniteti gücləndirir və bədən temperaturunu normada saxlamağa kömək edir.
Sağlam qidalanın
Soyuq havalarda immuniteti artıran sağlam qidalar yemək lazımdır. Xüsusilə də C vitamini ilə zəngin olan meyvə və tərəvəzlər qəbul etmək vacibdir. Bundan əlavə, tərkibində probiotiklər olan kefir və ya qatıq, protein və Omega-3 tərkibli qidalar yeyilməlidir. Yağlı və karbohidratlı yeməklər bədən istiliyini azaldır və müvəqqəti enerji verir. Ona görə də yağ və karbohidratla zəngin qidalanma soyuq havalarda yaxşı nəticə verməz. Bir də, qışda, əsasən, səhər yeməyi yemədən evdən çıxmayın.
Əllərinizi tez-tez yuyun
Virus və mikroblar daha çox əllərlə yayılır. Ona görə də əlləri tez-tez və düzgün şəkildə yumaq lazımdır. Əlləri yuyarkən maye sabun və kağız dəsmallardan istifadə edilməlidir. Bu, virusun yayılma dərəcəsini xeyli azaldır.

Nəmləndiricilərdən istifadə edin
Soyuq havalarda əlləri nəmləndirmək vacibdir. Beləliklə, əllərdə çatların və ekzemanın qarşısı alına bilər. Burun da nəmli olmalıdır. Burun içərisinin nəmli qalması burun mukozasının qurumasına və çatlamasına mane olur.
Burnunuzla nəfəs alın
Ağızdan nəfəs almaq soyuq havanın və mikrobların ağciyərlərə tez keçməsinə səbəb olur. Ona görə də soyuq havada bayıra çıxdıqda ağzını şərflə bağlayın və burnunuzla nəfəs alın.
Əllərinizi cibinizə salmayın
Qışda çox adam çöldə gəzəndə əlləri üşüməsin deyə cibinə salır. Bu, doğru deyil. Yaxşı olar ki, əlcək taxın və gəzərkən əllərinizi sərbəst buraxın. Bu zaman sərf olunan enerjiylə bədənin temperaturu yüksələ bilər.
Otağın nəmliyini qoruyun
Qışda yataq otağının havası quru olmamalıdır. Otaqda kombi varsa, yatarkən üzərinə  bir qabda su qoyun, yaxud kombini tamamilə söndürün. Allergiyası olanlar yerə xalça salmamalıdır. Bundan başqa, yataq otağına çiçək qoymayın, çünki çiçək otaqdakı oksigeni bitirir. Yatmadan əvvəl pəncərəni açın, otağı havalandırın. Yataq otağının qapısının açıq qalması da hava serkilyasiyası baxımından vacibdir.
Nizamlı yuxu mütləqdir
Soyuq havada nizamlı yuxu immunitet sistemini gücləndirir. Odur ki, yuxu saatlarınıza fikir verin, gecə azı 8 saat yatın. Bundan başqa, səhər oyananda yorğanın altında gərilib, bir az hərəkət etsəniz, yataqdan duranda üşüməyəcəksiniz.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol