Bərdədə küçəyə atılan iki körpədən xəbər var

Xəbər verdiyimiz kimi, dünən Bərdə rayonunda "Qızıltac” şadlıq sarayının yanında iki körpə (8 aylıq, digərinin isə 2 yaşında) uşaq tapılıb. Uşaqlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Uşaqların səhhəti ilə bağlı Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva Unikal.org-a açıqlamasında bildirib ki, hazırda uşaqlar xəstəxanadır:
"Uşaqların səhhəti ilə bağlı hər hansı bir problem yoxdur. Gecə yatmamışam. Onlara baxmışam. Onların bezinə kimi almışam. Şükürlər olsun ki, uşaqlar tam sağlamdırlar. Məsələ ilə bağlı müvafiq qurumları məlumatlandırmışıq. Hazırda polis tərəfindən uşaqların valideyinlərinin kimliyi araşdırılır”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























