• $
  • €
  • ₽
  • ₺
  • £

Nişanlı qızın ölümündə təqsirləndirilən polisə bəraət verildi

Nişanlı qızın ölümündə təqsirləndirilən polisə bəraət verildi
04.02.2019 17:45
Bu gün Nizami Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən polis serjantı Fikrət Piriyevin cinayət işi üzrə məhkəmə başa çatıb. 

Anews.az xəbər verir ki, bu barədə Oxu.Az-a F.Piriyevin vəkili Əli Hüseynov məlumat verib.

O deyib ki, hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, F.Piriyevin təqsiri məhkəmədə sübuta yetirilmədiyindən, onun barəsində bəraət hökmü çıxarılıb. 

Qeyd edək ki, hadisə ötən ilin fevralın 3-də Nizami rayonu, Qara Qarayev prospektində baş verib.

Nizami Rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin bölüyünün polis serjantı Piriyev Fikrət Arif oğlu ona təhkim olunmuş "Fiat-Doblo” markalı, 90-AP-164 nömrəli avtomobillə Nizami rayonu Qara Qarayev prospekti ilə hərəkətdə olarkən, piyada, 1989-cu il təvəllüdlü Günel İbrahimovanı vurub və sonuncu hadisə yerində keçinib. 

Məlum olub ki, G.İbrahimova hadisədən bir müddət əvvəl nişanlanıbmış.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol