• $
  • €
  • ₽
  • ₺
  • £

AST Telmanın hoteli fəaliyyətə başlayır – ŞOK QİYMƏTLƏR

AST Telmanın hoteli fəaliyyətə başlayır – ŞOK QİYMƏTLƏR
04.02.2019 23:17
Telman İsmayılovun beş ulduzlu Mardan Palace hoteli aprelin 25-də fəaliyyətə başlayacaq.
Bizimyol.info Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tur Operatorları Birliyi məlumat yayıb. Bildirilir ki, hotelə müştəri cəlb edilməsi üçün Rusiyanın bir neçə turizm şirkəti ilə danışıqlar aparılıb.
Mövcud qiymətlərə baxdıqda Mardan Palace hotelinin Antaliyanın digər beşulduzlu hotelləri ilə müqayisədə daha bahalı olduğu iddia edilir.
Corel Traveldə hotelin ən çox müraciət edilən otaqlarının (premium otaqlar) 7 gecəlik paket turunun qiyməti 263 min 723 rubldur (təxminən 7000 manat). Kral dairəsinin 7 gecəlik paketinin qiyməti isə 2 milyon 188 min 743 rubldur (təxminən 60 min manat).
Tələbi müəyyənləşdirməyin hələ çox tez olduğu bildirilir, lakin turizm şirkətləri artıq may ayı üçün müraciətlərin olduğunu bildirirlər.
Qeyd edək ki, Telman İsmayılov Mardan Palace Hotelini 2009-cu ildə atasının 100 illik yubileyi münasibətilə tikdirib. 2015-ci ildə hotel 360.5 milyon lirəyə (təxminən 117 milyon manat) hərrac yolu ilə Halkbanka satılıb. Əvvəlcə isə hotelin qiyməti 719 milyon lirə (təxminən 234,5 milyon manat) məbləğində dəyərləndirilmişdi.
2017-ci ildə hotel turist azlığı səbəbindən fəaliyyətini dayandırmışdı. İlin sonunda borc səbəbindən hotelin elektrik və suyu kəsilmiş, mühafizəçilərdən başqa qalan personal maaşlar verilmədiyi üçün istefa vermişdilər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol