• $
  • €
  • ₽
  • ₺
  • £

"Azad Rəhimov oğlunun əyləncəsini..." - Hafiz Hacıyevdən "Formula 1" açıqlaması

"Azad Rəhimov oğlunun əyləncəsini..." - Hafiz Hacıyevdən "Formula 1" açıqlaması
05.02.2019 11:13
Bu gün Bakı Şəhər Halqası ilə "Formula 1” Şirkərlər Qrupu arasında yeni müqavilə imzalanacaq.

Yenicag.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

Onun sözlərinə görə, yeni sözləşmənin müddəti 2023-cü ilə qədər nəzərdə tutulub.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev "Formula 1” yarışının Azərbaycanda keçirilməsini istəmədiyini bildirib. O, Azad Rəhimovu sərt şəkildə tənqid edib:

"Azad Rəhimovun oğlunun bu oyunların keçirilməsindən nəsə qazanması bizim ölkəmiz üçün mənfi haldır. Bizə o maşınları gətizdirib, Bakıda sürdürmək lazım deyil. Bu yarışın keçirilməsinə neçə milyonlarla pul ayrılıb. "Forumla 1” yarışlarının keçirilməsi Dağlıq Qarabağ problemini həll edib? Əlbəttə ki, yox! Bu yarışın keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə imicinə müsbət təsir göstərib? Əlbəttə ki, yox! Belə xərclərə yol vermək olmaz. Cənab prezident hər zaman deyir ki, xalqa xidmət etmək lazımdır. Xalqın problemlərini həll etmək üçün çalışmaq lazımdır. Kiminsə oğlu yarışın həvəskarıdırsa, bunu gətirib Azərbaycanda tətbiq etmək yersizdir. Azad Rəhimov hörmətim olan insandır. Biz bir yerdə işləmişik. O fikirləşməlidir ki, ölkənin ağır durumunda milyonlarla pulu 3-4 nəfəri Bakıya gətizdirmək üçün xərcləmək lazım deyil. Buna ehtiyac yoxdur. Azərbaycanın kifayət qədər sosial problemləri var. Bu da insanları qıcıqlandırır. Azad Rəhimov oğlunun əyləncəsini başqa yerdə keçirsin. Biz bütün günü xalqın arasında təbliğat işləri aparırıq. Bunlar da gəlib qaysaqlayan yaraya duz basırlar ki, ay millət, biz sizi saymırıq. "Formula 1” indiyədək Azərbaycana heç nə verməyib, bundan sonra da verən deyil. Bu, Azad Rəhimovun oğlunun biznesidir. İstərdim ki, nazir bu məsələdə geri dönsün. "Formula 1″ə xərclənən pulları müəllimlərin, həkimlərin, pensiyaçıların, veteranların maaşlarına əlavə etsinlər. Yoxsa kiminsə oğlunun hobbisinə xərcləməsinlər”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol