• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik bu şəxslə bağlı əhaliyə müraciət etdi

Nazirlik bu şəxslə bağlı əhaliyə müraciət etdi
05.02.2019 11:45
Fevralın 2-si saat 21 radələrində Binəqədi Rayonu 6-cı mikrorayon ərazisində Bakı şəhər sakini Elnur Məmmədova məxsus evdən oğurluğa cəhd edilib.

Binəqədi Rayon Mühafizə İdarəsi və 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən "isti” izlərlə həyata keçirilən əməliyyat-axtarış nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, paytaxt sakini Elşən Əsgərov saxlanılıb. Bölmədə onun üzərinə baxış zamanı oğurluqda istifadə etdiyi dəmir alətlər və 1,208 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

7-ci Polis Bölməsində E.Əsgərovun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun cari ilin yanvarın 25-dən 31-dək olan müddətdə Binəqədi rayonu ərazisində daha 4 mənzildən məişət əşyaları, 3 ədəd velosiped və digər əşyalar oğurladığı məlum olub.

Faktla bağlı 7-ci Polis Bölməsində saxlanılan şəxs barəsində toplanan materiallar araşdırılması üçün Binəqədi RPİ-nin İstintaq şöbəsinə göndərilib.

Oğurluq etməkdə şübhəli bilinən bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102” Zəng Mərkəzinə, Binəqədi RPİ və ya 7-ci PB-nə müraciət edə bilərlər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol