• $
  • €
  • ₽
  • ₺
  • £

Energetika naziri XXII Avrasiya İqtisadi Zirvəsində iştirak edəcək

Energetika naziri XXII Avrasiya İqtisadi Zirvəsində iştirak edəcək
05.02.2019 15:30
Fevralın 6-7-də İstanbulda XXII Avrasiya İqtisadi Zirvəsi keçiriləcək. Zirvədə Azərbaycan nümayəndə heyətinin tərkibində energetika naziri Pərviz Şahbazov da iştirak edəcək. Energetika nazirinin "Azərbaycanın enerji potensialı və rəqəmsal enerji” mövzusunda çıxışı nəzərdə tutulub. 

Anews.az xəbər verir ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə baş tutacaq toplantıda 40-a yaxın ölkənin yüksək səviyyəli hökumət nümayəndələri, sabiq prezidentlər, nazirlər, parlamentarilər, beynəlxalq təşkilatların təmsilçiləri, ictimai-siyasi xadimlər iştirak edəcək. Builki sammit "Gələcək üçün məsuliyyət” devizi altında keçiriləcək. Texnologiyanın inkişafının bəşəriyyətin gələcəyinə təsiri, iqtisadiyyatda, enerji sektorunda süni intellektdən istifadə, dinlərin bu prosesdə rolu, "Kəmər-Yol” təşəbbüsünün qlobal aspektlərinə dair müzakirələr aparılacaq. 

17 ölkə ilə yüksək əməkdaşlıq şəraitində fəaliyyət göstərən Mərmərə Qrupu Vəqfi 22 ildir ki, Avrasiya İqtisadi Zirvəsini sülh və dialoq layihəsi olaraq həyata keçirir. Bu toplantılar aktual problemlərin müzakirə edildiyi mühüm platforma olmaqla bərabər regionun inkişafına və əməkdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verir. 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol