• $
  • €
  • ₽
  • ₺
  • £

7 min azərbaycanlı şagird qız təhsildən yayınıb - FOTOLAR

7 min azərbaycanlı şagird qız təhsildən yayınıb - FOTOLAR
10.10.2014 22:05
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələrdə oxuyan azərbaycanlı şagird qızlardan 7 min nəfər təhsildən yayınıb.APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanda fəaliyyət göstərən "İnsan Haqları üçün Əməkdaşlıq Təşkilatı"nın rəhbəri, ekspert  Anna Abaşidze sərhədyanı bölgə olan Sadaxlı kəndində 500-dən çox şagirdin qarşısında çıxış edərkən deyib.Müvafiq rəqəmlərin təhsil resursları mərkəzlərindən götürüldüyünü deyən ekspert bildirib ki, yeniyetmə qız ərə gedəndə, həyat yoldaşı ondan 10-15 yaş böyük olur və sonda narazılıq, problemlər yaranır. “Bu mövzuda Gürcüstanda bir çox tədqiqatlar aparılır, bu da ictimaiyyət nümayəndələrinə, cəmiyyətə lazımdır. Şagirdlərin öz arzusu var, onlar həkim, müəllim və digər yüksək peşələrə yiyələnə bilərlər. Amma onların erkən yaşda ərə verilməsi bu arzuların üstündən xətt çəkir", - deyə ekspert vurğulayıb.A. Abaşidze Gürcüstanda erkən evliliyi müəyyən qanunların tənzimlədiyini bildirib. Onun sözlərinə görə, əgər qız uşağı 18 yaşından əvvəl ərə gedərsə, cinayət işi qaldırıla bilər: “Bu prosesi ləngitmək üçün təbliğat aparılmalıdır. Son vaxtlarda erkən evlilik, uşaq hüquqları və nikahla bağlı qanunvericilikdə dəyişikliklər edilib. Bizim iştirakımızla bu məsələləri özündə əks etdirən qanun layihəsi hazırlanıb və parlamentə təqdim olunub. Bu qanun erkən evliliyi tənzimləyəcək".Qeyd edək ki, Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Qızlar Gününə həsr olunmuş tədbirdə Gürcüstan baş nazirinin köməkçisi Savalan Mirzəyev, Kvemo-Kartli bölgəsi üzrə nümayəndəsi Zaur Darğallı, Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili, Sadaxlı 1 nömrəli məktəbin direktoru Sayad Xəlilov və başqaları çıxış ediblər. Onlar erkən evliliyin törətdiyi fəsadlardan söhbət açıblar, məsələnin həlli yollarından danışıblar.Erkən evliliklə bağlı digər tədbir Bolnisi rayonunun Faxralı kəndində keçirilib. Tədbirdə rayon rəhbərliyinin nümayəndələri, məktəb  müəllimləri, jurnalistlər və şagird qızlar iştirak ediblər.Gürcüstan baş nazirinin köməkçisi S. Mirzəyev APA-ya açıqlamasında bildirib ki, yaxın günlərdə Gürcüstan Baş Prokurorluğunun nümayəndələri yerlərdə erkən evliliyə qarşı bir sıra vacib tədbirlər, treninqlər və görüşlər keçirəcəklər: "Bu mövzu Gürcüstan hökumətini narahat edir. Yaxın günlərdə məsələ ilə bağlı broşürlar nəşr olunacaq və bir sıra tədbirlər keçiriləcək".

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol