• $
  • €
  • ₽
  • ₺
  • £

Mama-ginekoloq: "Bir uşağı küvəzə qoymaq üçün 500 manat alınır"

Mama-ginekoloq: "Bir uşağı küvəzə qoymaq üçün 500 manat alınır"
05.02.2019 21:00
Körpənin sağlamlığı özəl və ya dövlət doğum evində doğulmasından asılı deyil.

Amews.az bildirir ki, bunu oxu.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, körpənin sağlamlığı özəl və ya dövlət doğum evində doğulmasından yox, digər vacib amillərdən asılıdır:

"Ananın hamiləlikdən öncəki durumundan, hamiləliyi necə keçirməsindən, fəsadlaşmaların profilaktikasının aparılmasından, anada ekstragenital xəstəliyin olub-olmamasından, müalicəsindən, doğuşun düzgün idarə olunmasından və s. asılıdır. Bəzi uşaqlar doğulanda sağlamlıqlarında problem olur. 

Özəl klinikalar da göstərdiyi qulluqları pulla göstərir. Bir uşağı küvəzə qoymaq üçün bir gün üçün 350-500 manat arası pul alınır. Uşaq doğulanda heç kim zəmanət vermir ki, o uşaq nə zaman sağalacaq. Ona görə valideynlər özəl klinikaya üz tutan zaman, sanki, uşağın ala biləcəyi müalicəni sual işarəsi altında qoyur. Pul çatmayanda onu kim müalicə edəcək?"

Sevinc Məmmədova qeyd edib ki, valideynlər özəl klinikanın günlük ödənişini ödəmədikdə dövlət xəstəxanasına üz tutur:

"Səhhətində problem olan uşaq bir həftə küvəzdə qalır, müəyyən xərclər çıxır, artıq ailənin maddi imkanı çatmayan zaman uşaq küvəzdən ayrılır. Bundan sonra onun taleyinə klinika cavabdeh olmur. Valideynlər uşağı götürüb, dövlət xəstəxanasına gətirir".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol