• $
  • €
  • ₽
  • ₺
  • £

Güclü zəlzələ gözlənilirmi? – PROQNOZ

Güclü zəlzələ gözlənilirmi? – PROQNOZ
06.02.2019 09:34
Ötən gün baş verən zəlzələdən sonra avterşoklar olacaq.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, 

Bakıda yeraltı təkanları çox az insan hiss edib.

"Zəlzələ yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində qeydə alınıb. Paytaxtda yeraltı təkanlar 2-3 bal gücündə hiss edilib.

Ən çox Şamaxıda hiss edilib və daıntılara da səbəb olub. Hazırda da avterşoklar gedir. Amma düşünmürəm ki, dünənkindən güclü yeraltı təkan olsun”, - deyə Tahir Məmmədli bildirib.

Tahir Məmmədli deyir ki, Bakı və Abşeron yarımadası Xəzər dənizindən baş verən güclü zəlzələlərdən titrəyə bilər. "Xəzər dənizində çoxsaylı belə zəlzələ ocaqları var.

Onlardan ən yaxını Abşeron yarımadasından 50 kilometr cənubda yerləşir. O, zəlzələnin təsiri Bakı və Abşeron yarımadası üçün 12 ballıq şkala üzrə 8 bal gücündə ola bilər.

Digər ərazilərdən Şamaxı zəlzələsi də Bakıya təsir edə bilər. Lakin məsafə uzaq olduğu üçün Şamaxıdakı zəlzələ paytaxtda yalnız 5 bal gücündə hiss oluna bilər.

Bu o qədər təhlükəli deyil. Lakin Xəzər dənizində baş verə bilən zəlzələ Bakını və Abşeronu 8 bal gücündə titrədə bilər”, - deyə seysmoloq bildirib.

Tahir Məmmədli əhaliyə bacardıqları qədər diqqətli olmağı məsləhət görür. "Əgər zəlzələ baş vermiş ərazidə zədələnmiş binalar varsa, bu binalara girmək məqsədə uyğun deyil. Çünki həmin afterşoklar zədələnmiş binanı bir az da silkələyib dağıda bilər. Ona görə də zədələnmiş binada yaşamaq təhlükəlidir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol