Zəlzələdə zərərçəkmiş danışdı: "Uçqun oldu, evdəki bütün qab-qacaqlar sındı"

Dünən Şamaxıda baş verən zəlzələdən sonra xəstəxanaya müraciət edənlərin son vəziyyəti barədə məlumat açıqlanıb
Anews.az sonxeber.az-a istinadən xəbr verir ki, Şamaxı Şəhər Mərkəzi xəstəxananın baş həkimi Səməd Fətəliyev real televiziyasına açıqlamasında bildirib, xəstəxanaya 30-a yaxın şəxs müraciət edib. Şamaxıdakı 34 tibb məntəqəsi daha aktiv vəziyyətə gətirilib.
Baş həkimin sözlərinə görə, müraciət edənlərdən 3 nəfəri qorxudan yıxılaraq travma alan şəxslər olub. 10 nəfər təzyiq, şəkərin qalxması narahatçılığı ilə müraciət ediblər.
Hazırda xəstələrin hamısı evə buraxılıb, bir nəfər isə hazırda müayinə altındadır.
Xəstələrdən biri Real tv-yə danışıb:
"Zəlzələni hiss edən kimi təzyiqim qalxdı. Qorxudan, strssdən özümü pis hiss etməyə başladım. İndi yaxşıyam. Binamız zərər görüb, uçqun belə oldu. Evdəki qab-qacaqlarımız da sınıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























