Şamaxı Rəsədxanasında çatlar yaranıb

Şamaxı Astrofizika Rəsədxanasının üzlük daşlarında çatlar əmələ gəlib.
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov bildirib.
Onun sözlərinə görə, rəsədxanaya ciddi ziyan dəyməyib:
"Çatlar əmələ gəlib və bir-iki üzlük aqlay daşı qopub. Zəlzələ güclü idi və bir neçə dəfə təkrarlandı, üçüncü zəlzələ isə daha güclü oldu”.
Xıdır Mikayılov bildirib ki, rəsədxana əraziyə daha yaxındır:
"Zəlzələ ocağından 10 kilometr məsafədə yerləşir”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























