• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Gürcüstanla sərhəddə qripə qarşı hospitallar açdı

Azərbaycan Gürcüstanla sərhəddə qripə qarşı hospitallar açdı
07.02.2019 09:46
Gürcüstanda H1N1 ("donuz qripi”) virusunun yayılması ilə əlaqədar Azərbaycan tərəfi gömrük-sərhəd buraxılış məntəqələrində xüsusi tədbirlərə əl atıb.

Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü”, "Sadıxlı”, "Böyük Kəsik” və "Mazımçay” gömrük-sərhəd buraxılış məntəqələrində Tibbi Xidmət İdarəsinin mobil hospitalı və müvafiq tibbi heyəti çalışır.

Belə ki, Tibbi Xidmət İdarəsi ilk növbədə şəxslərin ölkə ərazisinə daxil olarkən təmasda olduqları bütün səthlərin mütəmadi olaraq xüsusi məhlullarla dezinfeksiya edilməsinə çalışır. Eyni zamanda, gömrük ərazisinə daxil olan şəxslərlə birbaşa təmasda olan gömrük işçilərinə qrip əleyhinə peyvəndlər vurulur.

Artıq Tibbi Xidmət İdarəsinin iki yataq yeri olan mobil səyyar hospitalı həkim heyəti ilə birlikdə "Qırmızı Körpü” gömrük postuna təhkim olunub və fevralın 5-dən etibarən xidmətə başlayıb. Mobil səyyar hospital səhhətində problem olan vətəndaşlara peşəkar tibbi yardım göstərəcək, zərurət yarandıqda infeksion xəstələri Səhiyyə Nazirliyinin müvafiq strukturlarına təhvil verəcək. Mobil hospitalda, eyni zamanda, iki yataq xəstəsinə qulluq etmək imkanı mövcuddur.

Bundan başqa, Dövlət Gömrük Komitəsinin sərhəd-buraxılış məntəqələrində xidmət göstərən əməkdaşları, eləcə də, dövlət sərhədini keçən şəxslər üçün zəruri hallarda təcili tibbi yardımın göstərilməsi imkanının təmin edilməsi üçün tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur. Bunun üçün Tibbi Xidmət İdarəsi tərəfindən respublika üzrə bütün sərhəd-buraxılış məntəqələrində ilk tibbi yardım məntəqələri təşkil ediləcək.

oxu.az

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol