• $
  • €
  • ₽
  • ₺
  • £

Cahangir Hacıyev ifadə verdi: "Həmin pullar ailəmin hesabına köçüb?"

Cahangir Hacıyev ifadə verdi: "Həmin pullar ailəmin hesabına köçüb?"
07.02.2019 15:16
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev, yaxın dostu, sabiq deputat Dünyamin Xəlilov və digər şəxslərin məhkəməsi keçirilib. 

Anews.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin icraatında olan prosesdə C.Hacıyev ifadə verərək ittihamı şou adlandırıb.

O deyib ki, mənimsəməkdə ittiham olunduğu 4.7 milyard manat Mərkəzi Bankın valyuta vəsaitlərinə bərabərdir: "Beynəlxalq Bankının Moskva filalının aktivləri isə 2 milyona yaxın olub. Bəs bu necə olur ki, mən 4.7 milyard manat pulu mənimsəmişəm? Ən azından bir bu rəqəmlərə baxın. Göstərin görək, həmin pullar mənim və ailə üzvlərimin hesabına necə köçüb? Belə bir sübut var? Guya, həmin pullarla şəxsi əmlak almışam. 

Dünyamin Xəlilovu cavan vaxtlarımdan tanıyıram, amma onunla heç bir biznes əlaqəm olmayıb. Sadəcə o, mənim tapşırığımla bəzi layihələrə nəzarət edirdi”.

Daha sonra prosesdə fasilə elan olunub.

İttihama görə, C. Hacıyev və komandası 4.7 milyard manat pulu mənimsəməkdə, 1.8 milyon manat pulu vergidən yayındırmaqda təqsirləndirilir.

Xatırladaq ki, bundan öncəki məhkəmə işində C.Hacıyev 15 il, D.Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi sabiq deputatın cəzasını 3 ay azaldıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol