• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan “azad olmayan” ölkə kimi qiymətləndirildi – Bakı hesabatı qərəzli hesab edir

Azərbaycan “azad olmayan” ölkə kimi qiymətləndirildi – Bakı hesabatı qərəzli hesab edir
07.02.2019 22:30
ABŞ-dakı "Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatı 2019-cu il hesabatında Azərbaycanı "azad olmayan” dövlətlər sırasında göstərib. Siyasi hüquqlar və mülki azadlıqlara həsr olunan hesabatda Azərbaycan həmçinin Cənubi Qafqazda yeganə "azad olmayan” ölkə kimi qiymətləndirilib.
"2019-cu il dünya ölkələrində azadlığın vəziyyəti haqqında” adlı hesabatda Azərbaycanın 11 xal topladığı deyilir. Ermənistan 51, Gürcüstan isə 63 xal əldə edərək "qismən azad” ölkələr siyahısında yer alıb. Sənəddə yazılır ki, siyasi hüquqlar və vətəndaş azadlıqları göstəricilərinə görə, Azərbaycan, Türkiyə, Ukrayna, Gürcüstan geriləyib, Ermənistan irəliləyib. İran və Rusiya isə eyni göstəricilərdə qalıb. Sənəddə həmçinin Azərbaycan iqtidarına qarşı sərt tənqidi fikrilər yer alıb. Orada qeyd edilib ki, Azərbaycan hakimiyyəti ölkədə media və vətəndaş cəmiyyəti azadlıqlarının qorunduğunu və siyasi opponentlərinə qarşı hər hansı repressiya aparılmadığını bildiriblər.

Rəsmi Bakı "Freedom House”un bundan əvvəlki hesabatlarını qərəzli hesab etdiyi kimi, sonuncunu da qərəzli hesab edir.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, Prezident yanında Əfv Komissyasının üzvü Əliməmməd Nuriyev də hesabatı qərəzli sayır. O musavt.com-a deyib ki, "Freedom House”un Azərbaycana qarşı bir çox məsələlərdə tutduğu mövqe o qədər də obyektiv hesab edilə bilməz: "Bir çox hallarda qərəzli mövqedə yanaşılır. Azərbaycanda, əlbəttə ki, problemlər var, amma bu, o səviyyədə deyil ki, Azərbaycan azad olmayan ölkələr siyahısında yer alsın. Əgər Azərbaycanda hüquq və azadlıqlar qorunmasaydı, Azərbaycan bir sıra dünya reytinqlərində mövqeyini yaxşılaşdıra bilməzdi”.
Əliməmməd Nuriyev "Freedom House” təşkilatının Azərbaycanla bağlı məlumatlar hazırlayan mənbəyinin dəyişməsini, bir neçə fərqli mənbələrə əsaslanmasının lazım olduğunu düşünür: "Əsas məsələ odur ki, təşkilat hansı mənbələrlə işləyir. Bu mənbələr heç vaxt açıqlanmır. Görünən ondan ibarətdir ki, ”Freedom House”a verilən informasiyaların mənbəyinin özündə problem var və bu problemlər istər-istəməz onun qiymətləndirməsinə təsir göstərir. Azərbaycanın daxilində də ölkəyə qərəzli olduğunu hər zaman nümayiş etdirən insanlar var. Onlar belə qurumları özlərinin yanlış informasiyası ilə təmin edirlər, nəticədə belə qiymətləndirmə alınır”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol