• $
  • €
  • ₽
  • ₺
  • £

Zob niyə böyüyür?

Zob niyə böyüyür?
29.05.2020 07:29
Qalxanvari vəz boğazın ön səthində qırtlaqdan bir qədər aşağıda yerləşir. Bu vəz normada qadınlarda 20 kub. sm, kişilərdə 25 kub. sm həcmində olur və sağlam insanlarda gözlə görünmür. Qalxanvari vəz tireoid hormonlarını hasil edir və bu hormonlar bütün orqanizmin fəaliyətinə ciddi təsir göstərir - maddələr mübadiləsini, ürək-damar, sinir sisteminin fəaliyyətini, boy artımı və orqanizmin inkişaf prosesini və s. tənzimləyir. Məhz bu səbəbdən qalxanvari vəzi ümumi hormonal sisteminin "dirijoru" adlandırırlar. Qalxanvari vəzin gözlə görünən böyüməsinə boğaz uru deyilir ki, bunu da əksəriyyətimiz "zob" adlandırırıq. Bəs niyə məhz "zob"?
Anews.az saglamolun.az-a istinadən bildirir ki, bu söz rus dilində "çinədan" mənasını verir - boğaz uru olan xəstələrin boğazının ön hissəsi artaraq quşların çinədanını xatırladır. Boğaz uru müstəqil xəstəlik deyil, bu qalxanvari vəzin bir sıra xəstəliklərinin (hormonal pozulmalar, iltihab, kista) əlamətidir.
Zobun ən çox yayılmış səbəbi qəbul edilən qidada və suda yodun azlığıdır. Belə halda qalxanvari vəzin fəaliyyəti pozulur - yod çatışmazlığı zamanı qalxanvari vəz lazımi miqdarda tireoid hormonları istehsal edə bilmir.
Orqanizmi həmin hormonlarla təmin etmək üçün əlavə yoda ehtiyac yaranır. Qandan daha çox yod molekullarını "tutmaq" üçün qalxanvari vəzin həcmi böyüməyə başlayır və nəticədə zob əmələ gəlir.

Zobun bu növünə tibdə endemik diffuz ur deyilir. Azərbaycanda zob xəstəliyi yayılmış xəstəliklərdən sayılır və bunun səbəbi bəzi ərazilərimizə (xüsusilə dağ ərazilərə) xas olan yod qıtlığıdır.
Endemik diffuz ura kişilərə nisbətən qadınlarda 3-4 dəfə daha çox rast gəlinir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol