• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdakı partlayışla bağlı cinayət işi açıldı

Bakıdakı partlayışla bağlı cinayət işi açıldı
10.10.2014 12:59
Bakı şəhər Baş Polis İdarəsi və Şəhər prokurorluğu “Army” marketdə baş verən partlayışla bağlı birgə məlumat yayıb.Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumatda bildirilir ki, oktyabrın 8-də saat 18:00 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri dairəsi adlanan ərazidə yerləşən yeni tikilmiş hündür mərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Army” marketin ərzaq anbarında, ilkin ehtimala görə, qaz sızması nəticəsində baş vermiş partlayış zamanı 1992-ci il təvəllüdlü Əhmədov Ehtiram Nadir oğlunun ölməsi, 1970-ci il təvəllüdlü Heydərova Əfşan Hüseyn qızı, 1993-cü il təvəllüdlü Namazzadə Kənan Rəsul oğlu, 1996-cı il təvəllüdlü Məmmədov Azər Nail oğlu, 1985-ci il təvəllüdlü Babayev Rahib Sergey oğlu, 1989-cu il təvəllüdlü Ədilov Qəhrəman Məzahir oğlu, 1984-cü il təvəllüdlü Eminov Rüfət Mənsur oğlu, 1974-cü il təvəllüdlü Ramazanova Cəmilə Ziyəddin qızı və 1996-cı il təvəllüdlü Məcidzadə Pərişan Rövşən qızının müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi, həmçinin yaxınlıqda olan avtomobillərə ziyan dəyməsi faktına görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması şəhər prokurorluğunun İstintaq İdarəsinə həvalə edilib. İş üzrə Fövqəladə Hallar Nazirliyi, Bakı şəhər və rayon prokurorluqlarının, Bakı Şəhər Baş Polis İdarəsi və rayon Polis İdarəsi əməkdaşlarının, Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin və məhkəmə-tibb ekspertlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib və digər təxirəsalınmaz zəruri istintaq hərəkətləri yerinə yetirilib. Hazırda istintaq davam etdirilir.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol