Yerə asteroid yaxınlaşır: toqquşma riski var

2018XB4 asteroidinin planetimizlə toqquşma riski artıb.
Anews.az oxu.az-a istinadən xəbər verir ki, Avropa Kosmik Agentliyi nəzdində fəaliyyət göstərən Yerətrafı obyektlərin müşahidəsi üzrə koordinasiya mərkəzinin mütəxəssisləri belə bir nəticəyə gəlib.
Onların proqnozuna görə, təxminən 70 metr diametrli asteroid 2092-ci ildə Yer planetinə düşə bilər. Alimlər bu riskin 1/7000 əmsalında (yeddi minə bir şans) olduğunu bildirir.
Yer planetinə təhlükə səviyyəsi baxımından 2018XB4 asteroidi beşinci kosmik obyekt sayılır.
Bundan əvvəl Peterburq Dövlət Universitetinin alimləri "Apofis" asteroidinin 2068-ci ildə Yerlə toqquşa biləcəyi ehtimalını irəli sürmüşdü. Bundan əvvəl isə həmin obyektin 2029-cu ilin aprel ayında Yerə təhlükəli məsafəyə qədər yaxınlaşacağı (38 min kilometr) proqnozlaşdırılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























