• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda həkimləri soyan oğru saxlanıldı

Bakıda həkimləri soyan oğru saxlanıldı
08.02.2019 21:00
Bakının Nərimanov rayonunda keçirilən əməliyyat nəticəsində paytaxt ərazisində yerləşən özəl klinikalardan silsilə oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Anews.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nərimanov rayonu Atatürk prospektində yerləşən klinikalardan birində çalışan paytaxt sakini Elgün Rəşidzadə çalışdığı müəssisədəki kabinetindən "İphone 6” və "İphone 7” markalı mobil telefonların oğurlanması barədə məlumat verib.

Cinayəti törətməkdə şübhəli bilinən Yasamal rayon sakini Sadıq Həsənov saxlanılıb. 

S.Həsənovun Nərimanov rayonunda yerləşən daha 3 klinikadan ayrı-ayrı şəxslərə məxsus  "Samsung Edge 7”, "İphone X” kimi 10 ədəd qiymətli mobil telefon, həmçinin pul kisələri və digər qiymətli əşyalar oğurladığı məlum olub.

Araşdırma zamanı müəyyən  olub ki, saxlanılan şəxs əvvəlcə klinikalara pasiyent kimi müraciət edib. 

Daha sonra o, həkim və tibbi personala məxsus otaqları gəzərək boş kabinetlərdə olan qiymətli əşyaları oğurlayıb. Saxlanılan şəxsin oğurladığı mobil telefonları dəyər-dəyməzinə satdığı məlum olub.

Qeyd edək ki, S.Həsənovun klinikalardan etdiyi oğurluqlar həmin obyektlərin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. 

Faktla bağlı  cinayət işi açılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol