• $
  • €
  • ₽
  • ₺
  • £

Virusdan öldüyü deyilən tələbə qızın bacısı danışdı - VİDEO

Virusdan öldüyü deyilən tələbə qızın bacısı danışdı - VİDEO
28.05.2020 21:50
"Bakı Medical Plaza”nın həkimləri bacıma leptospiroz virusu diaqnozu qoydular. Ancaq ölüm  kağızında ağciyər və ürək çatışmazlığından dünyasını dəyişdiyi yazıldı. Əvvəllər bacımın heç bir şikayəti olmayıb. Ölümündən 3-4 gün qabaq qrip oldu. Yanvarın 25-də vəziyyəti pisləşdiyi üçün onu əvvəlcə Respublika Klinik Xəstəxanasına, sonra isə "Bakı Medical Plaza”ya yerləşdirdik.

Bu sözləri Oxu.Az-a açıqlamasında naməlum səbəbdən dünyasını dəyişdiyi bildirilən tələbə Nərdanə Tağızadənin bacısı deyib.

Onun sözlərinə  görə, Səhiyyə Nazirliyindən məlumat verilib ki, Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan laborator müayinələr nəticəsində öz təsdiqini tapmayıb:

"Bu infeksiya haqqında məlumat daxil olan kimi, Səhiyyə Nazirliyi məsələni xüsusi diqqət altına alıb. Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb”.

Qeyd edək ki, leptospiroz çox nadir rast gələn bir xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır. İnsandan insana keçmir.

Ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi Nərdanə Tağızadə yanvarın 29-da vəfat edib. O, Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi olub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol