Bakıda taksi sürücüsünü bıçaqlayan şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində taksi sürücüsünü bıçaqlamaqda təqsirləndirilən İman Əsədlinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Anews.az Trend-ə istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 4 il azadlıqdan məhrum edilib.
İttihama görə, ötən ilin yanvar ayında Bakının Yasamal rayonunda İ.Əsədli 1991-ci il təvəllüdlü Süleymanov Fərid Rafiq oğlu ilə Mətbuat prospektində "Tri Korona" kimi tanınan binanın qarşısında əlbəyaxa dava edib. Bu zaman o, F.Süleymanovun boyun və bədən nahiyəsinə ümumilikdə 6 bıçaq zərbəsi vurub.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
İ.Əsədli Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























