"BakuBus"un avtobusları 3 piyadanı vurub

"Bakubus”a məxsus avtobuslar 3 piyadanı vurub, biri ölüb, ikisi xəsarət alıb.
Report xəbər verir ki, hadisələrdən biri ötən gün paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb.
"Bakubus” MMC-yə məxsus, 99 JH 068 dövlət qeydiyyat nişanlı "İveco” markalı avtobus yolu keçən ahıl yaşlı Mehriban Hüseynovanı vurub. Ağır xəsarət alan piyada hadisə yerində vəfat edib.
Digər hadisə isə ötən gün axşam saatlarında Binəqədi rayonu 8-ci mikrorayon ərazisində baş verib. "Bakubus”a məxsus, 99 JH 075 dövlət qeydiyyat nişanlı "İveco” markalı avtobus 2 piyadanı vurub. Xəsarət alan piyadalardan biri evə buraxılıb. 1949-cu il təvəllüdlü Dinar Həmidzadə ağır kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib