• $
  • €
  • ₽
  • ₺
  • £

"Kedicik"dən şok Adnan Oktar etirafı: "Uşaqlara mini ətək geydirib təcavüz edirdi"

"Kedicik"dən şok Adnan Oktar etirafı: "Uşaqlara mini ətək geydirib təcavüz edirdi"
10.02.2019 18:00
İki il gizli təqiblərdən sonra 190 müridi ilə birlikdə həbs edilmiş türkiyəli ilahiyyatçı Adnan Oktarın "kedicikləri”ndən biri Bəril Qönçəgül etirafçı olaraq 9 il əsir həyatı yaşadığını açıqlayıb.

Anews.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bəril Qönçəgül Adnan Oktarın evində hər gün təcavüzə məruz qaldıqlarını söyləyib.
1989-cu il təvəllüdlü "kedicik” fizika ixtisası üzrə təhsil aldığını və xaricdə magistr pilləsində təhsilini davam etdirməyi düşünsə də, 2010-cu ildə təsadüfən təşkilata üzv olduğunu deyib: "Adnan Oktar məni reklam çəkilişlərində görmüşdü. O, kimisə görür, sonra onu alır…”
Onun sözlərinə görə, 2014-cü ildən tutulduqları vaxtadək Adnan Oktarın yanında yaşayıb: "5 dəfə qaçmağa çalışmışam, amma 60 silahlı mühafizəçi, yüzlərlə kamera vardı, bacarmadım. Ailəmizin acından öləcəyi ilə bizi təhdid edirdi. Biz də "nə olacaqsa, bizə olsun deyib” susmağa məcbur olmuşduq”.
Bəril Qönçəgül Adnan Oktarın evində 18 qadın saxlanıldığını söyləyib: "Hər gün səhər oyanıb makiyaj edib, geyinib, aşağı düşməli idik. Geyim deyəndə yarıçılpaq nəzərdə tutulur. Bizi döyər, söyər, başımızdan aşağı yemək tökər, təhqir edib zorla cinsi əlaqəyə məcbur edərdi. Bunları yaşayan qadınlar ondan üzr istəməli, "sevgilim”, "aşkım” deyə xitab etməlisən. Bu manyak Ankarada böyüyüb. Kiçik yaşlarında həmişə barların qarşısına gedirmiş, bar qadınlarının portreti bunun beyninə girib və hamımızı o qadınlara bənzədirdi. Bəlli bir neçə həkimlər var, adları gizli saxlanılır, estetik əməliyyatları həmin həkimlər edirdi. "Mən istəmirəm” deyə bilməzsən”.
O qeyd edib ki, Adnan Oktar nəinki qadınları, uşaqları da istismar edib: "Qadının 7 yaşından sonra cinsi əlaqəyə girə biləcəyini deyirdi. Uşaqlara mini ətək geyindirib təcavüz edirdi. Televizora baxanda xəbərlərdə şəhidin tabutunu qucaqlayan qadın və yanında uşağı görüb bəyənirdisə, "onu mənə gətirin” deyə əmr edirdi. Bu, bir insanın ağlına necə gələ bilər?!”
Qeyd edək ki, Adnan Oktar azyaşlı qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması və cəsusluqda ittiham olunur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol