• $
  • €
  • ₽
  • ₺
  • £

Hadı Rəcəbli maaşların artırılmasından danışdı

Hadı Rəcəbli maaşların artırılmasından danışdı
11.02.2019 15:09
Prezident İlham Əliyev tərəfindən minimum aylıq əməkhaqqının məbləğinin 2019-cu il martın 1-dən 180 manatadək artırılması olduqca önəmli bir addımdır.

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq minimum əməkhaqqı ilə yaşayış minimumunun həcmi bərabərləşir:

"Yaşayış minimumu rəqəmi bir nəfər üçün istehlak səbətinə uyğun olaraq minimum hesablanır. Minimum əməkhaqqının yaşayış minimumuna uyğunlaşdırılması 600 min insana şamil olunacaq və buna görə əlavə olaraq 400 milyon manat ayrılacaq. Bu, əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından olduqca önəmli addımdır".

Komitə sədri vurğulayıb ki, müvafiq sərəncam bir daha Prezident İlham Əliyevin xalqa diqqət və qayğısının bariz nümunəsidir:

"Xalqımız bu addıma görə cənab Prezidentə minnətdarlığını bildirir. Mən illərlə sosial siyasətlə məşğul olan biri kimi bu addımın çox önəmli olduğunu qeyd edirəm. Digər tərəfdən, bu sərəncam orta aylıq əməkhaqqının artmasına da təsir göstərəcək və digər göstəricilərdə özünü büruzə verəcək".

Qeyd edək ki, minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım özünü göstərəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol