• $
  • €
  • ₽
  • ₺
  • £

Əhaliyə vacib xəbər - Sabahdan hamı məcburi tibbi müayinədən keçiriləcək

Əhaliyə vacib xəbər - Sabahdan hamı məcburi tibbi müayinədən keçiriləcək
11.02.2019 16:34
Ölkə prezidentinin göstərişinə əsasən fevralın 12-dən mayın 12-dək əhalinin icbari tibbi müayinəsinin keçirilməsinə başlanılacaq.

Bu məqsədlə Göygöl rayonunda bütün xəstəxana və tibb məntəqələri hazır vəziyyətə gətirilib. Vətəndaşlar müayinə zamanı terapevt, cərrah, nevropatoloq, göz həkimi və digər ixtisas həkimlərinin qəbulunda olmaqla, rentgenflüoroqrafik, elektrokardioqrafik, laborator və digər müayinələrdən keçiriləcəklər. 

Mərkəzi Rayon Xəstəxanasının texniki, tibbi bazasının yetərli səviyyədə olması, aşkar olunan xəstəliklərin 90 faizini yerli şəraitdə müalicəsini mümükün edib. Bu da öz növbəsində müalicə üçün Bakı və digər böyük şəhərlərə göndərişlərin sayını kəskin azaldıb.

Eldar Muradov - Göygöl RMX-nın baş həkimin müavini: Göygöl MRX olaraq rayonumuz ərazisində 45 yaşayış məntəqəsində 272 kollektiv və təşkilatlarda və ümumi əhali arasında kütləvi tibbi müayinə aparılmasını planlaşdırırıq. 

Ümumiyyətlə götürdükdə əhalimizin nəzərdə tutulan böyük yaşlı əhalinin 70 faizdən çoxunun tibbi müayinələrə cəlb olunmasını düşünürük. Və mən hesab edirəm ki müayinələri bu ildə səmərəli şəkildə həyata keçirəcəyik. 

Qeyd edək ki, səhiyyə nazirinin müavini Nigar Əliyeva "Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” əmr imzalayıb.

Əmrə əsasən, Azərbaycan Respublikası Prezidentinin tapşırığını rəhbər tutaraq 2018-ci ilin fevralın 12-dən mayın 12-dək ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi təşkil ediləcək. Respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinələrdən keçirilməsinin icrasını şəxsi nəzarətə götürmək tapşırılır.

Sərəncamda xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Respublika əhəmiyyətli tibb müəssisələrinin rəhbərlərinə mütəxəssislərdən ibarət qrupların müntəzəm olaraq regionlara ezam olunması tapşırılır.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol