Azərbaycanda qadın abort zamanı öldü - 2 uşağı var...

Göyçay rayonunda qadın abort zamanı dünyasını dəyişib.
Anews.az Report-a istinadən bildirir ki, hadisə Göyçay Rayon Mərkəzi Xəstəxanasında baş verib.
Rayonun İnçə kəndində yaşayan Ağstafa sakini, 24 yaşlı qadın bu gün səhər saatlarında abort üçün xəstəxanaya müraciət edib.
Xəstəxananın Doğum şöbəsində mama-ginekoloq Roza Babayeva tərəfindən abort edilən qadının bir qədər sonra halı pisləşib və dünyasını dəyişib.
Qeyd edək ki, bu, qadının 3-cu hamiləliyi olub.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























