• $
  • €
  • ₽
  • ₺
  • £

Evlilik qərarını kim verməlidir? Valideynlər, yoxsa gənclərin özü? – VİDEO

Evlilik qərarını kim verməlidir? Valideynlər, yoxsa gənclərin özü? – VİDEO
29.05.2020 09:10
Günümüzdə gənclər ailə həyatı qurarkən seçim etməkdə çətinlik çəkirlər. Ya onun bəyəndiyini valideynlər bəyənmir ya da, valideynlərin seçimi onun ürəyincə olmur.

Bəs doğru olan hansıdır? Öz seçimimiz, yoxsa valideynlərin fikirləri?

ARB TV-nin "Günə Doğru” proqramında mövzu ilə bağlı süjet hazırlanıb.

Sakin: "Valideynim təklif edib. Bir nəfər olmayıb, bir neçə nəfər olub mən bəyənmişəm”.

Sakin: "Öz seçimim olub”.

Sakin: "İndi cavanlar hamısı internetdə tanış olurlar, bir aydan sonra boşanırlar. Öz seçimi, valideynlərinin də məsləhəti olmalıdır”.

Cavid İmamoğlu – Sosioloq: "Hal-hazırda Azərbaycanda mentalitetlə müasirlik üz-üzə gəlib. 20 il əvvəl ailə cəmiyyətin dayağı idi, ona görə ki, orda uşaq dünyaya gələcək deyirdilərsə, müasir dünyamızda ailə ona görə cəmiyyətin dayağıdır, orda sevgi var. Bir şeyin ki, kökündə sevgi durur, onu gərək insanlar mütləq öz seçimlərini nəzərə almalıdırlar”.

Aida Nəbiyeva – Psixoloq: "Bəzən doğrudan da analar-atalar düşünür ki, bu insan filankəsin övladıdırsa, bu da onun kimi yaxşı övladdır, yaxşı insandır və yaxşı həyat yoldaşı olacaq. Amma bəzən genetik amil heç də üst-üstə düşmür və tamam əks bir göstərici olur. Biz dəfələrdə valideyn təəssüfünün belə şahidi olmuşuq”.

Hər bir insan müəyyən yaş həddinə gəldikdən sonra öz yarını axtarır və ailə qurmaq istəyir. Amma ailə qurulacaq seçim isə çox zaman valideynlə övladları üz-üzə qoyur. Kimisi valideyninin seçimi ilə, bəziləri valideyn razılığı olmasa belə, öz sevdikləri insanla ailə qururlar.

Cavid İmamoğlu – Sosioloq: "Ailənin seçiminə gedəndə görürsüz ki, evlənəcək cütlüklər bəzən sevməyərək ailə qururlar və bunun da nəticələri yaxşı olmur. Ona görə də hər nə olursa olsun kökündə sevgi durmalıdır. Ailə də seçsə, dostun da yönləndirsə qarşılıqlı sevgi əsasında ailə qurulmalıdır”.

Aida Nəbiyeva – Psixoloq: "Münasibətlərin qarşılıqlı sevgi, anlaşma və qarşılıqlı inam əsnasında qurulmağının tərəfdarıyam, nəyə görə? Ancaq bu prinsiplərlə bu maneələri aşmaq olur. Böyük faizlə gənclərin fikirləri önəmlidir, valideynlərin isə məsləhətləri önəmlidir”.

Milli mentalitetə söykənən bəzi adətlərimiz varki, əsrlərdir özümüzlə gəzdiririk. Valideyn düşünməlidir ki, şəxi seçimini edə bilməyən övlad, gələcəkdə ailə məsuliyyətinin yükünü daşıya bilməz. Odur ki, övladınızın seçiminə müdaxilə etməyin, məsləhət verin ki, gələcəkdə yarana biləcək hansısa məsuliyyətin qınağı da üzərinizdə qalmasın.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol