• $
  • €
  • ₽
  • ₺
  • £

Orqanizm nə üçün şəkər tələb edir?

Orqanizm nə üçün şəkər tələb edir?
12.02.2019 23:00
Yəqin ki,  şirniyyatdan imtina etməyin necə çətin olduğunu çoxları bilir. Bəs nə üçün orqanizm daimi olaraq şəkər tələb edir?

Anews.az medicina.az-a istinadən bildirir ki, alimlərin fikrincə şəkərə olan tələbat instinktlə idarə olunur. 

Onların sözlərinə görə, insanın dad reseptorları təkamül prosesində o qədər inkişaf edib ki, bu hüceyrələrin həyat boyunca duz, yağ və şəkər kimi qidalara tələbatı artıb. 
 
Şəkər bizə lazımdırmı? 

İnsan şəkər yediyi zaman qlükoza bağırsaq tərəfindən qana sovrularaq tez bir zamanda hüceyrələrə yayılır. Qlükoza beyində yerləşən 100 milyard sinir hüceyrəsinin işləməsi üçün vacibdir.
 
Bu hüceyrələr özləri qlükozanı toplamaq qabiliyyətinə malik olmadıqları üçün davamlı olaraq ona ehtiyac duyurlar. Diabet xəstələri qanda şəkərin miqdarının kəskin aşağı düşməsi zamanı komaya girə biləcəklərini yaxşı bilirlər. 
 
Şəkərin dadı beynin işini aktivləşdirməyə qadirdir. Araşdırmalar sübut edib ki, hətta insan ağız boşluğunu şəkərli su ilə yaxaladıqda belə insanlar məntiqi məsələləri daha yaxşı həll ediblər. 

İnsanları anadangəlmə olaraq şəkər  sevən doğulurlar. Buna görə də uşaqların demək olar ki, hamısı şirin qidaları sevirlər. 

Qida rasionunda şəkərə çox yer ayrılması sağlamlıq üçün heç də yaxşı deyil.
 
Şəkər "xöşbəxtlik hormonu" adlandırılan seratoninin sintezini həyata keçirdiyi üçün əhvalı yaxşılaşdıra bilər. 

Şəkər qəbul edən zaman qanda şəkər səviyyəsini normaya salmaq üçün insulinun səviyyəsi artır.  Bu vəziyyət isə "insulin asılılığı adlandırılan hala səbəb olur ki, nəticədə də insanda şirin qidalara meyllilik yaranır. 

İnsan orqanizmi süni şəkərlə meyvə, bal və digər ərzaqların tərkibindəki şəkəri ayırd edə bilmir. 

Mədədə bütün saxaridlər qlükozaya və saxarozaya parçalanaraq qaraciyərdə yenidən sintez olunurlar. Onlar ya qlikogenə ya da piyə çevrilərək  hüceyrələrdə toplanırlar. Buna görə də qəbul edilən şəkərin miqdarı çox böyük əhəmiyyət kəsb edir.
  
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən gündəlik istifadə edilən şəkər miqdarı kişilərdə 70 qr qadınlarda isə 50 qr müəyyən edilib. Amma bu miqdar orqanizmdən asılı olaraq dəyişə bilər. Bura çəki, yaş, aktivlik səviyyəsi və s. kimi amillər aid edilə bilər. 50 qr şəkər təxminən 13 çay qaşığı şəkər tozuna, 2 butulka qazlı şirin suya və ya 8 ədəd şokoladlı peçenyeyə bərabərdir. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol