• $
  • €
  • ₽
  • ₺
  • £

Vaqif Əsədov: Evakuatorların qanunu pozmalarına icazə var

Vaqif Əsədov: Evakuatorların qanunu pozmalarına icazə var
09.10.2014 13:15
Evakuatorlar da mayak və qırpıcılardan, yəni sarı işıqlardan istifadə edirsə, eyni zamanda əks istiqamətdə hərəkətin zərurəti yaranırsa bu, təhlükəsizliyin təmin edilməsi üçün atılan addımlardandır.Oxu.Az xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov 107.7 “AvtoFM”-də yayımlanan “Dispetçer” verilişində dinləyicinin “evakuatorların yolun əks istiqamətində hərəkət etməsinə icazə varmı?”sualına cavab olaraq bildirib.BŞDYPİ-nin şöbə rəisinin sözlərinə görə, evakuator avtonəqliyyat vasitəsini götürmək üçün zərurət yarandığı halda qarşı yola çıxıb xəta törədə bilər. Yol hərəkətinin qanuni tələbinə əsasən yol hərəkətinin üstünlüyə malik olan avtonəqliyyat vasitələri var ki, evakuatorlar da bu qrupa aid olan nəqliyyat vasitəsi hesab olunur. Evakuatorlar da mayak və qırpıcılardan,yəni sarı işıqlardan istifadə edirsə, eyni zamanda əks istiqamətdə hərəkətin zərurəti yaranırsa bu, təhlükəsizliyin təmin edilməsi üçün atılan addımlardandır. Bu gün biz onların vasitəsilə yolların daralmasının qarşısını alırıq.Bundan başqa, polkovnik Vaqif Əsədov radio dinləyicisinin qanunu pozan sürücülərlə bağlı görüntülərinin yayılmasının təklifinə cavab olaraq bildirib: “İctimai qınaq metodlarından istifadə yolda sürücülərin mədəniyyət səviyyəsinin yüksəlməsinə təsir edir. Lakin bəzi hallarda qanunu pozan sürücüləri ictimai qınağa çəkmək üçün nümayiş etdirdiyimiz görüntülər xoşagəlməz nəticələrə gətirib çıxarır.  Bakı şəhəri ərazisində quraşdırılan müşahidə kameraları vasitəsi ilə, kimliyindən asılı olmayaraq yol hərəkəti qaydalarını pozan sürücülər aşkar edilib məsuliyyətə cəlb olunur”.Qeyd edək ki, Azərbaycan Respublikasının “Yol Hərəkəti Haqqında” Qanununda operativ nəqliyyat vasitələri - yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillər hesab olnur.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol