• $
  • €
  • ₽
  • ₺
  • £

Bu şəxslərə vəzifə verənlər məsuliyyət daşıyacaq - Nazir qaydaları təsdiqlədi

Bu şəxslərə vəzifə verənlər məsuliyyət daşıyacaq - Nazir qaydaları təsdiqlədi
29.05.2020 08:42
Ədliyyə Nazirliyinin Kollegiyası "Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası Qaydaları"nı təsdiqləyib.

Anews.az bildirir ki, bakupost-un məlumatına görə, qaydalara əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və ya əlavə cəza kimi tətbiq edilir, dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir.

Cəzanın vaxtında və düzgün icra edilməsinə nəzarət hökmü (qərarı) çıxarmış məhkəmə, Ədliyyə Nazirliyinin Probasiya xidməti və Cəzaların icrasına nəzarət üzrə müfəttişliyi tərəfindən həyata keçirilir.

Qaydalara əsasən məhkumlar məhkəmə hökmünün (qərarının) tələblərini yerinə yetirməlidirlər. Məhkumlar məhkəmənin hökmü (qərarı) ilə müəyyən olunmuş müddət ərzində onlara hökmlə (qərarla) qadağan olunmamış fəaliyyət növləri üzrə işlərdə və ya vəzifələrdə işləyə bilərlər. Məhkumlar yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat verməlidirlər. Məhkumlar hökmdə (qərarda) görülməsi ona qadağan edilmiş işə girdikdə, yaxud ona qadağan edilmiş fəaliyyətlə məşğul olduqda cəzanı icra edən icra məmuru:

- işəgötürənə məlumat verərək, məhkumun hökmlə (qərarla) qadağan edilmiş fəaliyyətinə xitam verilməsi üçün üç gün müddətində tədbir görülməsini təklif edir və onu hökmün (qərarın) icra edilməməsinin məsuliyyətə səbəb olması barədə xəbərdar edir;

- məhkuma məsuliyyət daşıyacağı barədə rəsmi xəbərdarlıq edir. Rəsmi xəbərdarlıq məhkumun şəxsi işinə əlavə edilir.

Məhkumlar cəzanın çəkilməsindən qərəzli boyun qaçırdıqda, icra məmuru Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq məhkumun cəzasının digər cəza növü ilə əvəz edilməsi barədə məhkəməyə təqdimat verir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol