• $
  • €
  • ₽
  • ₺
  • £

1300 nəfər "əlillikdən qurtuldu" - Büdcəyə 3 milyonluq qənaət

1300 nəfər "əlillikdən qurtuldu" - Büdcəyə 3 milyonluq qənaət
14.02.2019 15:55
"Əlilliyin müəyyən edilməsində nöqsanlar kifayət qədər azalıb. Səhiyyə Nazirliyi ilə birlikdə aparılan tədbirlər nəticəsində bir il ərzində əlilliyin müəyyən edilməsi üzrə say 60 faizdən çox azalıb”.

Publika.az xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, təkcə birinci qrup üzrə rəqəm 70 faiz azalıb:

"Ötən il ərzində 1055 nəfərə, bu ilin təkcə yanvar ayında 200-dən çox şəxsə saxta əlilliyin verildiyi məlum olub. Ümumilikdə 1300 saxta əlilliklə bağlı qərarlar ləğv edilib. Həmin şəxslərə sonrakı ödənişlər dayandırılıb. Bununla da büdcəyə 3 milyon manat qənaət edilib. Saxta əlilliyin verilməsində ödənilən vəsait geri qaytarılıb. Bu vəsait təxminən 1 milyon manatdan artıqdır”.

Nazir bildirib ki, korrupsiya ilə bağlı müraciət ciddi nəzarətə götürülür:

"Daxili nəzarət tədbirləri nəticəsində 10-dan çox halla bağlı özünümüz Baş Prokurorluğa müraciət etmişik. Artıq onlardan bir neçəsi həbs edilib. Fakt təsdiqi tapmadığı halda, problemin texniki səhvə görə müyyən edilsə də həmin əməkdaşlara inzibati cəza verilib. Ötən il ərzində 600 əməkdaşa incibati cəza verilib. Onlardan 80-i işdən azad edilib, 500-dən çoxuna töhmət verilib. Təsdiqini tapan hər bir faktla bağlı tədbir görülüb. Vətəndaşlara müraciət edirəm ki, bizim sahə ilə bağlı istənilən sual barədə nazirliyə müraciət etsinlər”.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol