• $
  • €
  • ₽
  • ₺
  • £

"Müalicə işi” ixtisası ləğv edilib? - RƏSMİ CAVAB

"Müalicə işi” ixtisası ləğv edilib? - RƏSMİ CAVAB
14.02.2019 17:01
Sosial şəbəkələrdə yazırlar ki, IV ixtisas qrupunda "Müalicə işi" ixtisası ixtisasların siyahısından çıxarılıb və ləğv edilib. Dünyada "Müalicə işi" ixtisası yoxdur, "Tibb" ixtisası adı var. Azərbaycan Tibb Universitetini bitirənlər xaricə təhsil almaq üçün gedəndə də bu ixtisasın adı anlaşılmazlıq yaradırdı. Ona görə də "Müalicə işi" ixtisasının adı dəyişdirilib.

Anews.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda mövcud olan "Tibbi profilaktika" ixtisası çox dar çərçivəli idi. Bu ixtisasın dünya təhsil sistemindəki ixtisaslar təsnifatında olmadığını deyən Y.Piriyev həmin ixtisasın "İctimai səhiyyə" ixtisası kimi tanındığını, Azərbaycanda da "Tibbi profilaktika" ixtisasının adının dəyişdirilərək buna uyğunlaşdırıldığını söyləyib.

Y.Piriyev qeyd edib ki, bununla yanaşı, "Bədən tərbiyəsi və idmanda reabilitasiya", "Fizioterapiya və tibbi reabilitasiya", "Məşqçilik" və s. adlı yeni səhiyyə ixtisasları yaradılıb:

"Elə ixtisaslar var idi ki, oraya 10 il müddətində heç bir tələbə qəbulu aparılmamışdı. Məsələn, "Həkim yardımçısı". Yeni yaradılan ixtisaslardan biri də "Tibb bacısı işi" ixtisasıdır. Bu ixtisas üzrə kadrlar daha üst səviyyədə hazırlanaraq əməliyyatlar zamanı yardımçı olacaqlar. Onlar subbakalavr dərəcəsi alacaqlar".

Qeyd edək ki, Nazirlər Kabinetinin bu günlərdə təsdiq etdiyi "Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı"nda ixtisasların sayı azaldılıb.

Qərarla mövcud 175 ixtisas sayı 148-ə endirilib, o cümlədən 46 yeni ixtisas yaradılıb, 70-ə yaxın ixtisas isə birləşdirilib və ya ləğv edilib.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol