• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda şok qəza: 2 ölü, 40 yaralı

Azərbaycanda şok qəza: 2 ölü, 40 yaralı
09.10.2014 10:08
Bakı-Qazax magistralının Göygöl rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.Kəpəz TV xəbər verir ki, Bakıdan Gürcüstana hərəkət edən sərnişin avtobusu eyni istiqamətdə hərəkətdə olan "Kamaz" markalı yük maşınına arxadan çırpılıb.Zərbənin təsirindən sərnişin avtobusu alışıb. Nəticədə avtobusda olan 40-a yaxın sərnişin ağır xəsarətlər alıb. İlkin məlumatlara görə, xəsarət alanlar arasında ölənlər olduğu bildirilir.Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onlardan 3 nəfər vəziyyətinin ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.Yol qəzası ilə bağlı Fövqəladə Hallar Nazirliyi də rəsmi məlumat yayıb. Məlumatda bildirilir ki, Bakı-Qazax yolunun 364-cü kilometrliyində, Göygöl rayonu ərazisində "KAMAZ" markalı yük avtomobili ilə "MERCEDES" markalı sərnişin avtobusunun toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yanğın nəticəsində sərnişin avtobusunun yanar hissələri yanıb. Yük avtomobili yanğından mühafizə olunub. Yanğın saat 03:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.Gəncə şəhər Təxili Tibbi Yardım Xəstəxanasından Trend-ə verilən məlumata görə, yol qəzası ilə bağlı xəstəxanaya 7 yaralı yerləşdirilib. Xəsarət alanlar bunlardır:Şəmsiyeva Dilavər Məhəmməd qızı (1968-ci il təvəllüdlü);Osmanov Vasif Əli oğlu (1985)Alıyeva gülşən Dursun qızı (1963)Süleymanova Həmayıl Cahangir qızı (1968)Hacıyeva Nabat Qurban qızı (1955)Ayvazova Hürü Mustafa qızı (1953)Mamedov Bəhruz İlham oğlu (1993).Xəstəxanadan Trend-ə bildirilib ki, yaralılar əsasən yanıq xəsarətləri və müxtəlif travmalarla daxil olublar.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə zamanı 2 nəfər ölüb, 20 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlardan 7 nəfərin vəziyyəti ağırdır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol