• $
  • €
  • ₽
  • ₺
  • £

Qadınlar niyə kişilərlə eyni yas məclisində əyləşə bilməz?

Qadınlar niyə kişilərlə eyni yas məclisində əyləşə bilməz?
15.02.2019 11:40
"Yas məclislərində qadın və kişilərin ayrı-ayrılıqda dini ayinləri icra etməsi dinin tələbi deyil”.
 

Bu barədə Modern.az-a dəfn və yas adətlərindən, bu mərasimlərin dini xüsusiyyətlərindən danışarkən tanınmış ilahiyyatçı hacı Şahin Həsənli bildirib. O qeyd edib ki, xristian dünyasında yas məclislərində qadınlar və kişilər birlikdə iştirak edirlər: 


"Əslində isə bu ənənə insanların, xüsusilə qadınların rahatlığı üçün belə formalaşdırılıb. Qadınların yas məclisini idarə etmə qaydaları, dini ayinləri icra etmə şəkli təbii olaraq, kişilərdən fərqlənir. Ona görə, bu ayinlərin sərbəst icra olunması üçün qadın və kişi məclislərinin ayrı-ayrı qurulması keçmişdən məqsədəuyğun hesab edilib. 

Xristian dünyasında da dindən irəli gələn və dinin tələb etmədiyi, insanların rahatlığı üçün formalaşdırılan fərqli ənənələr var. Məsələn, bu gün xristian qadınlar kilsəyə daxil olanda baş örtüyündən istifadə edirlər. Bu, dinin qoyduğu qaydadır. Yas məclisləri, kişi və qadınların ibadət mərasimlərində isə ayrılıq tələb olunmur. Bu, dediyim kimi, xalqların adət-ənənələri ilə bağlıdır, şəriətin hökmləri, dinlərin tələbləri olaraq ortaya qoyulmur”. 


Buna baxmayaraq, hacı Şahin Həsənli diqqətə çatdırıb ki, dəfn prosesində qadınların iştirakı dində qadağan olmasa da, bəyənilməyən əməldir: 


"Qadınların dəfndə iştirakı məkruh hesab olunur. Bu, dini termindir, mənası bəyənilməyən əməl deməkdir. Qadınlar daha çox emosional olur, dəfn zamanı onlar kişilərdən çox ağrı-acı yaşayırlar. Hətta bəzi hallarda qadınlar dəfn prosesinə mane ola bilirlər. Onların öz səhhətləri üçün də müsbət nəticələnməyəcək bu əməl ona görə bəyənilmir. Dinimiz bunu qadağan etmir, yəni hökm olaraq, olmaz deyilmir. Mən bir sıra İslam ölkələrində, xüsusilə, İranda görmüşəm ki, qadınlar dəfn prosesində iştirak edirlər. Əksər İslam ölkələrində isə adətən belə qəbul olunur ki,  dəfn prosesində qadınlar iştirak etməsin”. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol