• $
  • €
  • ₽
  • ₺
  • £

Transplantoloq: İnsanlar orqanları marketlərdən ala biləcəklər

Transplantoloq: İnsanlar orqanları marketlərdən ala biləcəklər
15.02.2019 11:53
Bu gün dünyada iki məsələ aktualdır: biri insanlardan orqan köçürülməsi, digəri isə heyvanlardan.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının müdiri, transplantoloq Nuru Bayramov deyib.

O bildirib ki, yaxın gələcəkdə orqan marketlərinin yaradılması planlaşdırılır:

"Bu gün ilk növbədə ölkədə böyrək, qaraciyər transplantasiyasına ehtiyac duyan xəstələrin sayı çoxdur. Daha sonra sümük iliyi tranplantasiyasına da çox sayda tələbat var. Bu istiqamətdə çoxsaylı işlər görülür. Bizim Tədris Cərrahiyyə Klinikasında, Respublika Diaqnostika Mərkəzində, Gömrük Hospitalında böyrək və qaraciyər əməliyyatları həyata keçirilir.

Sümük iliyi əməliyyatları Respublika Talassemiya Mərkəzində aparılır. Z.Əliyeva adına Göz institutunda isə gözün buynuz qişasının transplantasiyası əməliyyatının aparılmasına başlanılıb. Ümumilikdə, ölkədə bu sahənin inkişafı üçün həm qanunun təsdiqlənməsinə, həm də digər geniş təşkilati işlərə böyük ehtiyac var”.

N.Bayramov dünyada orqan transplantasiyası sahəsində yeni alternativlərin axtarıldığını deyib:

"Bu gün həm geni dəyişdirilmiş heyvanlardan insanlara orqan köçürülməsi istiqamətində, həm də süni orqanların hazırlanması istiqamətində araşdırmalar aparılır. Hələlik bu sahədə insanlar üzərində tətbiq edilən uğurlu nəticələr yoxdur. Hamısı eksperimental səviyyədədir. Lakin işlər sürətlə davam etdirilir.

Düşünürük ki, yaxın 2-3 il ərzində bu problemin həllində çox ciddi nəticələr əldə ediləcək. Müəyyən dövr sonra xüsusi orqan marketləri də yaradılacaq. İnsanlar bu marketlərdən özlərinə lazım olan orqanları ala biləcəklər”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol